.: Mr. AYDIN JAFAROV :.

DİNİ TERMİNLƏRİN İZAHI


ABİD – özünü Allaha ibadətə həsr etmiş insan
AKİF – ibadətə qapılan insan
ARYAN – veda dininin ardıcılı, məqsədi ruhi inkişaf olan insan
ASURA – veda dinində Tanrıya xidmətin əleyhdarı
ASKETİZM – insanın könüllü olaraq öz əbədi ruhi mahiyyətini dərk etmək məqsədilə maddi bədən həzzlərinə qoyduğu məhdudiyyətlər
AŞRAM – İudaizmdə ilahi həqiqətlər axtarışında olan insanların yaşadığı yer
AZAN – müsəlmanları namaza dəvət etmək üçün ucadan oxunan çağırış forması
BEYƏT – tabeçilik və sədaqət andı
BEYT ALLAH – Allahın evi, Kəbə məscidi
BƏRZƏX – insanın ölümündən Qiyamət gününədək olan vaxt
BƏRƏKƏT – ilahi xeyir
BİDƏT – dinin əsas ehkamlarına zidd olaraq edilən yenilik
BUDDA –  Buddizmin banisi sayılan müqəddəs varlıq  
BÜRAQ – Məhəmməd peyğəmbərin Merac zamanı istifadə etdiyi minik vasitəsi
BÜT –  İnsanların ibadət məqsədilə seçdiyi sitayiş obyekti
BÜTPƏRƏSTLİK –  bütlərə sitayişi əsas tutan ibadət forması və həyat tərzi
CİN – İslama görə Allah-Təala tərəfindən yaradılmış gözəgörünməz varlıq
CÜMƏ – İslam aləmində həftənin istirahət və cümə namazı qılma günü
ÇƏRƏKƏ – Quran surələri və dualardan tərtib olunmuş kitabça
DEMONLAR – şər qüvvələri təcəssüm etdirən ruhani varlıqlar
DEMONOLOGİYA – murdar ruhlar haqqında dini təlim
DƏCCAL –  İslama görə, Qiyamət günü zühur edəcək varlığın adı
DƏVƏT – dinə çağırış
DİNİ AYİN – Xristianlıq və islamda mərasim hərəkətləri
ƏCƏL – maddi varlıq üçün müəyyən edilmiş yaşam müddəti
ƏCR – İnsanın əməllərinə görə alacağı əvəz
ƏDL – bərabər bölgü
ƏHDİ-ƏTİQ – Bibliyanın 39 kitabını əhatə edən birinci bölməsi
ƏHL ƏL-BEYT – Peyğəmbərin ailəsi
ƏHL ƏL-BİDƏ – dinə, onun mahiyyətinə zidd yenilik gətirənlər
Əl-ƏSMA ƏL-HÜSNƏ – Allahın gözəl adları
ƏMİR ƏL-MÜMİNİN – möminlərin başçısı
ƏRƏFAT – Məkkənin şərqində Adəm və Həvvanın görüşdüyü dağın adı
FARİSEYLƏR – İudaizmə aid dini-ictimai cərəyan
FƏQİH – İslam ehkamlarını dərindən bilən alim
FİTRƏ ZƏKATI – İslamda orucluq ayında ödənilən dini vergi növü
HALAL – islam hüququna görə, yerinə yetirilməsi günah sayılmayan əməl
HARAM – islam hüququna görə, görülməsi qadağan edilən əməl
HƏBİBULLAH – Allahın dostu; Məhəmməd peyğəmbərin ləqəblərindən biri
HƏDİS – Məhəmməd peyğəmbərin kəlamlarına verilən ümumi ad
HƏRƏM – toxunulmaz müqəddəs yer, ziyarətgah
HİCAB – pərdə, örtük, müsəlman qadın geyimi
«HİZBULLAH» – Quranda işlədilən ifadə; Allahı özünə hami və dost seçən firqə; terrorçu təşkilat
XURAFAT – dini ehkamların təhrif edilmiş forması
XÜRRƏMİLİK – ictimai-siyasi təriqət
İQAMƏ – namazın əməllərindən biri
İHRAM – Həcc vaxtı müəyyən qayda-qadağanlara ciddi riayət etmə halı
İMAMLIQ – müsəlmanlar üzərində ali dini və dünyəvi hökmranlığın irsən və seçki yolu ilə keçməsinə dair islam ehkamı
İMAN – islam dininin əsaslarına etiqad
İMSAK – özünü saxlama, Ramazan ayında gündəlik orucun başlaması
İSLAM MODERNİZMİ – islam dünyasında yenilikçi hərəkat
İSRAİL – Əhdi-Ətiqə görə, qədim yəhudilərin peyğəmbərlərindən biri Yaquba – Allahın verdiyi ad
İŞVARA – veda dinində bütün mövcudiyyətin mənbəyi olan tanrı, «Ali hökmdar»
KƏRAMƏT – Sufi müqəddəslərinə verilən möcüzə göstərmək qabiliyyəti
KÜFR – Allahın birliyini, peyğəmbərliyi və şəriəti danma
QADİRİYYƏ, Qədiriyyə – XII əsrlərdə Əbdulqadir əl-Ceylani tərəfindən əsası qoyulmuş sufi təriqəti
«QARA DAŞ» – Kəbə qapısına yaxın küncdəki oyuqda yerləşdirilmiş daş (meteorit)
QEYB – gizli, dərkedilməz ilahi sirr
QƏDƏRİLƏR – İslamda insanın tam iradə azadlığına malik olduğunu iddia edən firqə
QƏFLƏT – özünə aludəlik, Allahın bir anlığa unudulması
QƏZA VƏ QƏDƏR – islama görə, dünyada baş verən hadisələrin, o cümlədən, insan əməllərinin Allahın hökmü və təqdiri il bağlı olduğunu bildirən termin
QÜNUT – namazın hissələrindən biri
QÜREYŞ – islamın zühuru vaxtı Məkkədə nüfuzlu ərəb qəbiləsi
QÜSL – müsəlmanların paklanmaq məqsədilə yerinə yetirdikləri ayin
QÜTB – Sufilikdə rütbə
MERAC, Mirac – Məhəmməd peyğəmbərin göyə qaldırılması hadisəsi
MƏAD – öləndən sonra dirilməyə və Qiyamət gününə etiqad
MƏQAM – Sufilikdə etik-əxlaqi hal mərhələsi
MƏĞFİRƏT – günahların bağışlanması
MƏNSƏK – ibadət, əsasən həcc ibadətləri ilə əlaqədər işlənir
MƏSH – dəstəmazın ərkanlarından biri
MƏTAF – Kəbə ətrafında təvaf dairəsi
MƏZAR – ziyarət olunan yer
MİQAT – həcc vaxtı niyyət etmək məqsədilə Məkkəyə daxil olmamışdan qabaq  dayanılan yer
MÖCÜZƏ, dində – Allahın iradəsi ilə həyata keçən və təbiət qanunlarını pozan fövqəladə hadisə
MÖTƏZİLİK – müsəlman kəlam elminin ilk böyük cərəyanının nümayəndələri
MÜFTİ – şəriət hökmləri əsasında fətva verən din xadimi
MÜHƏDDİS – hədis bilicisi və ötürücüsü
MÜNKƏR – islamda meyit dəfn edildikdən sonra onu kiçik sorğu-suala çəkmək üçün gələn iki mələkdən biri  
MÜCTƏHİD – İslamda dini qanunları, ehkamları təfsir və şərh edən baş ruhani
MÜRİD – həyatını sufilik təlimi əsasında islam dininə həsr edən şəxs, sufi şeyxinin şagirdi
MÜSEYLİMƏ – Məhəmməd peyğəmbər dünyasını dəyişdikdən sonra özünü peyğəmbər elan edən və müsəlmanlara qarşı döyüşən şəxsin adı
NAMA – veda dininə əsasən, müqəddəs ad
NASUT – insan təbiəti haqqında təlim
NƏKİR – İslamda meyit dəfn edildikdən sonra onu qəbirdə kiçik sorğu-suala çəkən iki mələkdən biri
NƏHY – inkar etmə, çəkindirmə
NÜBÜVVƏT – peyğəmbərlərə etiqad
NÜŞUR – öləndən sonra dirildilmə
PANDİT – veda dinində alim
PARAMATMA – veda dinində hər bir canlının qəlbində yerləşən tanrı, bələdçi və əməllərin şahidi
PEYĞƏMBƏR – Allahın kəlamlarını insanlara çatdıran elçi
PİR – sufizmdə müəllim, yaxud müdriklərə verilən ümumi ad, ziyarətgah
PRASAD – veda dinində Tanrı mərhəməti
PREMA – veda dinində insanın qəlbində Allaha qarşı doğan saf məhəbbət
PURANALAR – veda ədəbiyyatına əlavə olunmuş, Tanrı Krişna və Onun fədailərinin fəaliyyətindən bəhs edən on səkkiz kitabdan ibarət yazılar
RAKŞAS – veda ədəbiyyatında «adamyeyən allahsız» kimi təsvir olunan şəxs
RƏBBANİ – özunu Allahın ixtiyarına verən, Allah qarşısında günaha batmaqdan çəkinən
RİDDƏ – dində dönüklük, mürtədlik 
SADHU – veda dinində Allahı dərk edən şəxs; övliya
SANKHYA – veda dinində ruh və materiyanın təhlil yolu ilə fərqləndirilməsi elmi
SANKİRTANA – veda dinində tanrının müqəddəs adlarının birgə tərənnümü
SAVAB – insana əməllərinə görə verilən əvəz
SƏLƏFİLİK – ilkin islam təliminin bərpa edilməsi tələbi ilə çıxış edən fikir cərəyanı
SƏY – Həcc ziyarəti vaxtı Səfa və Mərva dağları arasında hərəkət etmək
SİRAT – islama görə Cəhənnəm üzərində möminlik dərəcəsinin yoxlanılması üçün körpü
SVAMİ – veda dinində hisslərini bütünlüklə idarə edə bilən, tərki-dünya həyat tərzi qəbul etmiş insan
SMARANAM – veda dinində tanrıya saf sədaqətli xidmətin doqquz əsas formasından biri
SVARUPA – veda dinində ilkin ruhi forma; canın əzəli vəziyyəti
ŞASTRA – müqəddəs kitab; veda ədəbiyyatı
ŞEYX – İslamda dini cərəyan başçılarına, görkəmli ilahiyyatçılara, fəqihlərə verilən ümumi ad
ŞƏRİƏT – İslam ehkam və qanunlarının sistemləşdirilmiş toplusu
ŞİVA – veda dinində maddi kainatı məhv edən və cəhalət enerjisini idarə edən
ŞRADDHA – veda dinində mötəbər mənbəyə inam, əcdadları yadetmə mərasimi
ŞRAVANAM – veda dinində sədaqətli xidmətin doqquz əsas formasından biri
ŞRİMAD-BHAQAVATAM – veda dinində on iki nəğmədən ibarət «ilahi vəhylər»
ŞUDRA – Veda dinində fəhlə silkinə mənsub insan
TAĞUT – Allahdan başqa hər hansı məbud
TAMAS – veda dinində «cəhalət keyfiyyəti»
TAPASYA – veda dinində insan həyatının ən yüksək məqamına nail olmaq məqsədilə könüllü surətdə bəzi maddi məhdudiyyətlərin qəbul edilməsi
TAVAF – həcc və ümrə vaxtı Kəbənin ətrafında dolanma
TƏBƏRRÜK – sufi müqəddəsliyinin gücü
TƏQVA – islamda günaha batmaqdan çəkinmə
TƏQİYYƏ – öz etiqadını «ağıllı surətdə» gizlətmə
TƏSLİM – insanın özünü Allaha təslim etməsi
ÜSULİDDİN – Dinin əsasları, İslam dininin 5 əsas ehkamı
VAİKUNTHALAR – veda dinində ruhi dünyanın əbədi planetləri
VAİŞYA – veda dinində ticarət və kənd təsərrüfatı sahəsində çalışan şəxs
VAİŞNAVA – veda dinində tanrının sədaqətli xidmətçisi, Tanrı Vişnunun-Krişnanın fədaisi
VALİ – bəzi müsəlman dövlətlərinin siyasi aparatında inzibati canişin rütbəsi
VARNAŞRAMA-DHARMA – Veda ictimai quruluşu: fəaliyyət növünə görə bölünmüş dörd silk və ruhi həyatın dörd pilləsi
VƏCD – Sufizmdə müəyyən təmrinlər vasitəsilə huşunu itirmə halı
VƏHY – Allahın peyəmbərlərə nazil etdiyi ilahi söz, Allahın mələklər vasitəsilə peyğəmbərlərlə danışıq əlaqəsi
VƏQF – dini və xeyriyyə ehtiyyacları üçün ayrılmış əmlak
VƏQFƏ – sufi məqamları arasında fasilə
VƏKİL – məsul müvəkkil, nəzarətçi  
VƏLİ – İslamda kamillik dərəcəsinə yetişmiş adam
VİDYA – veda dinində bilik
VİKARMA –veda dinində müqəddəs kitabların göstərişlərinə zidd  fəaliyyət
VİRD – Sufi təriqətinin gizli duası, zikr növü
VİŞNU – Veda dinində Tanrının adı
VRİNDAVAN – veda dinində tanrının ruhi məskəni
YAQYA – veda dinində qurban
YASİN – Quranda Məkkə surəsi
YOCAN – Veda dinində ölçü vahidini bərpa edən ruhi təlim
YOQA – Veda dinində insanın özünü dərketməsi və Tanrıyla əlaqəsi
ZAHİDLİK – dindarlıq, möminlik, tərkidünyalıq
ZAVİYƏ – Sufilərin ibadət üçün çəkildikləri yer, xristian rahiblərinin hücrə və ibadətxanalarının ümumi adı
ZİKR – Allahın ucadan xatırlanması mərasimi
ZİMMİ – müsəlmanlar tərəfindən himayə olunan qeyri-müsəlmanlar
«ZUXRUF» – Quranda Məkkə surəsi   (Zaxruf yerinə)
ZÜHD – Allaha ibadət üçün tənhalığa çəkilmə




16:09 / 24.06.2009
    Cap et  Çap et