.: Mr. AYDIN JAFAROV :.

Oxumasanız da olar...


Bir hökmdar millətin rahat gediş-gəlişi üçün yol çəkdirir.
Yol hazır olduqda onu xalqın istifadəsinə vermədən öncə, bir yarış keçirilməsini qərar verir.
Bu yarışda arzu edən hər bir kəsin iştirak etmək imkanı vardı.
Bu yoldan ən gözəl keçən isə yarışın qalibi olacaqdı.

Yarış günü, insanlar axın-axın yola çıxırlar.
Hər kəs gözəl geyimlərdə, müxtəlif minik vasitələrində idi.
Qadınların gözəl saç düzümləri, gənclərin orjinal geyimləri yarışa xüsusi rəng qatırdı.

Bütün gün ərzində yoldan insanlar keçdilər.
Yoldan keçib hökmdarın yanına qayıdanların hamısı eyni şeydən şikayətlənirdi:
"Yolun bir yerində böyük bir daş və torpaq yığını var. Bu oradan keçən yolçulara böyük maneəçilik yaradır."

Günün sonunda bir nəfər yorğun-arğın, üstü-başı toz içində yolun sonuna gəlib çatır.
O, hamıdan fərqli olaraq, hökmdara böyük hörmətlə baş əyir və əlindəki qızıl dolu kisəni ona verir.

-" Yoldan keçərkən yolun ortasındakı daş və torpaq yığınını gördüm. Yolu onlardan təmizləməyə başladım. Gördüynüz bu kisəni də həmin daşın altından tapdım. Bu qızıllar sizindir"

Hökmdar gülümsəyərək yolçuya deyir:

-"O qızıllar sənindir cavan oğlan" "Sən onları qazandın, həm də yarışın qalibi oldun. Yoldan ən gözəl keçən sən oldun.
Yoldan ən gözəl keçən insan, arxadan gələnlər üçün maneləri dəf edən insandır."




10:17 / 19.02.2010

Oxşar xəbərlər

- Özünüzə qapıldığınızda oxuyun..
    Cap et  Çap et