.: Mr. AYDIN JAFAROV :.

Bir eşşəyin kölgəsi


Gündəmi məşğul edən olayları izlədikcə, ətrafımı sarmış mətiqsizliklərdə bir məntiq qığılcımı aradıqca nələr gəlmədi ağlıma...

Hər şeyi qatıb qarışdırdım. Kim kimin yanında, kim dost, kim düşmən, kim yalançı, kim həqiqət söyləyir bəllli deyil. Hər şey bir-birinə girdi və bu gedişlə bizlərdəki duyduğunu öz fikirləri(dünya görüşü) ilə sintez edərək təqdim etmə marağı davam etdikcə, kələflərin daha da dolaşacağı açıq aydın görünür.

Məsələnin əsli mahiyyəti qalr bir küncdə, əlaqəsiz yönlərindən çəkişdirib dururuq. Bu vəziyyət mənə aşağıdakı hekayəni xatırlatdı:

Məşhur Yunanıstanlı natiq Demosthenes, bir gün Afinadakı yığıncaqların birində danışmaq üçün kürsüyə çıxır, məqsədi orada toplaşmış əhaliyə bir şeylər izah etməkdir. Ancaq əhali aralarındakı söz-söhbəti buraxıb səs-küyü kəsmir. Bunu görən Demosthenes xalqa xitab olaraq belə deyir:

"Sizə yalnız iki cümlə söyləyəcəyəm." Sözünü tamamlayar tamamlamaz da, bir hekayə danışmağa başlayır:

"Vaxtilə bir Afinalı səfərə getmək üçün bir eşşək kirayələyir. Eşşəyini kirayəyə verən adam da eyni yerə gedəcəyi üçün bərabərcə yola çıxırlar. Tam yarı yola gəldiklərində hava yaman istiləşir. İstirahət etmək üçün fasilə vermək məcburiyyətində qalırlar. Lakin ətrafda heç bir kölgəlik yer tapılmır. Eşşəyin əsl sahibi yubanmadan özünü verir eşşəyin kölgəsinə. Bunu görən digər yolçu yaman əsəbləşir:

- Oraya oturmaq mənim haqqım - deyir.
- Nə üçün?
- Çünki eşşəyini mən kiralamışam!..
- Amma mən eşşəyin kölgəsini kirayəyə vermədim ki!

Bu mübahisə ilə aralarında böyük bir qalmaqal yaranır...”

Demostenes, sözün burasına gəlincə, dərhal kürsüdən enir. Xalqın: "Sonra nə olub, danışsana" deyə qışqırması üzərinə, təkrar kürsüyə çıxır:
"Ey əhali," - deyir.
"Sizin yaxşılığınız üçün bir söz demək istədim, qulaq asmadınız. Amma bir eşşəyin kölgəsini necə də maraq edirsiniz ... "

Hekayə belə bitdi…
Artıq bir eşşəyin kölgəsi həqiqətin üzərinə qaranlıq kimi çökür. Eşşək kölgəsiylə maraqlananlar başqa bir şeyi nə görmək, nə də dinləmək istər.

Nə düşünürsüz cənablar?

A.J. bir haldakı yazıram...
Bir Eşşək Hekayəsi (və ya "Əsl eşşək haqqında povest")
Ucqar bir kənddə bütün eşşəklər bayram edirmiş. Yalnız tövlədə uzanıb qalmış bir eşşək xaric. Əylənən, bayram edən eşşəklər uzanıb yatmış eşşəyə səslənərək "sən niyə gəlib əylənmirsən" - deyə soruşurlar, "bax yük vuran, palançı da ölüb artıq,  həyat gözəldir!"  - gəl qatıl bizə deyirlər. "Gün görmüş, yol-yordam bilən" təcrübəli eşşək də "siz əylənməyinizə davam edin görək axırı nə olacaq, biz eşşəyik, eləsinə də - beləsinə də onsuz da bizə yük vuracaqlar. Ən azından ölən palançı mənim belimi yaxşı bilirdi, ağacın budağını, düyününü belimə görə ayarlayardı... Bu yeni gələn palançı hələ naşıdı, belimin yaralarını, qabırğa çıxıntılarımın yerini öyrənənədək bizlər nələr çəkərik....






Mənbə: Aydın 14:59 / 28.03.2013

Oxşar xəbərlər

- Öz toyunda fotoqrafa gizlincə nömrə verən gəlinlər…
- En gerideki Adam
- Закон обратного усилия
- Dostum Sənandan: Kütlə olmayaq!
- Ruh rahatlığı...
- "Я покажу тебе жизнь..."
- Dostum Varisdən - "Yol qeydlərim"
- Не торопитесь...
- Волчья философия
- Kimseyi Değiştiremezsin...
- Bir Çin filosofundan insanlığın riyazi formulu
- Rabindranath Tagoreden güzel tesbit...
    Cap et  Çap et