.: Mr. AYDIN JAFAROV :.

Susmaram !


"Mən bir qulam, yük altında əzilmişəm, qardaşım!
Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım!
Damğa vurub, zəncirləyib tullamışlar zindana!
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur mana!
 
Mənə dinmə, sus deyirsən, nə vaxtacan susacam?!
Böhranların, hicranların, məhbəsində qalacam?!
Niyə susum, danışmayım?! İnsanlıqda payım var!
Mənim Ana Vətənimdir talan olan bu diyar!
 
Niyə susum, danışmayım?! Türk yurdudur bu torpaq!
Oğuzların, elxanların Vətənində kimdir, bax!
Susmayacam! Qoy atsınlar, yük altında ölüncə!
əhqirlərə dözə-dözə, düşmən mənə gülüncə!
 
Süd verərkən doğma Anam belə demişdir mənə:
Səni qurban bəsləyirəm Türk Yurduna, Vətənə!
Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut!
Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut!
Sənin sevgin Vətən olsun! Millət olsun! Mən olum!
Südüm sənə haram olsun, xəyanət etsən oğlum!
 
Necə susum, danışmayım, mən eyləyim xəyanət?!
Hanı sevgi, hanı Vətən, de harda qaldı millət?!
Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac!
Atam məhkum, Anam sali, Elim hər şeyə möhtac!
 
Dil yaranıb danışmağa, mən danışa bilmirəm!
Aç qəlbimi! Yar sinəmi! Ciyər vərəmdi, vərəm!
Koramaltək sürünməkdə denən varmıdır məna?!
Nə vaxtacən çörək üçün girək hər alçaq dona?!
 
Mən Türk övladıyam, dərin əqlim, zəkam var!
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?!
Nə qədər ki hakimlik var, məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!!!"
 
ƏHMƏD CAVAD






12:10 / 18.04.2013

Oxşar xəbərlər

- Вот такая свобода
- Bir İşçi Çocuğunun Ağzından
- İNSANCA YAŞAMAK
    Cap et  Çap et