.: Mr. AYDIN JAFAROV :.

Sirr getdi, azadlıq da getdi


  • Sənin üçün deyildi o qədər etdiyim şeylər, sadəcə sən zənn etdiyim biri üçün idi.
  • Dəyişdiyimi deyirlər. Xeyir! Qəbul etmirəm. Mən sadəcə bir pillə qalxdım, artıq uzun-uzun susa bilirəm.
  • Necə ki, insan ağzında yediyinin dadını yox etməmək üçün heç bir şey yemək istəməz, o da son gördüyü görüntünü itirməmək üçün yeni bir şeyi görmək istəmirdi əslində. 
  • İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar?
  • Mən qapalı sandığın içində gün işığına çıxmağı gözləyən dəfinə deyiləm. Zatən mənə verəcəyin sualların aşağı-yuxarı bütün cavabları səndə gizlidir. Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Hələ heç bir zərrə belə özümüzü tanıya bilməmişkən bir-birimizi tanımaq məcburiyyətində deyilik. 
  • Birinə bütün qəlbinlə məhəbbət bəsləyib yenə də onu incitmək istəməyin mümkün ola biləcəyini o günə kimi bilməzdi
  • Əlimdə olsa cənnəti alova verər, cəhənnəmi də bir qab su ilə söndürərəm ki, geridə qalan eşq daimi olsun.
  • İndi hər kəs sussun! Bir az da hüzur danışsın. Çünki o bu günə qədər heç özündən bəhs etdirmədi.
  • Xəyalımdakı səni görsən qısqanarsan.
  • Gözəl gündəliklərim vardı. Bir də heç vaxt gündəliklərim qədər gözəl olmayan günlərim.
  • Eşqin heç bir tərifə ehtiyacı yoxdur; başlı başına bir dünyadır eşq. Ya düz ortasındasan-mərkəzində; ya da xaricindəsən-həsrətində. 
  • Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır. 
  • Kitab hələ də müqəddəsdir mənim üçün. Söz hələ də mühüm və hərf hələ də müəmmadır.
  • Bir anın doğması üçün, bir anın ölməsi lazımdır. Yeni bir “mən” üçün köhnənin quruyub solması kimi. 
  • Əsl dostluqlar ortaq zənginliklər üzərində deyil, ortaq yoxsulluqlar üzərində qurulanlardır.
  • Bəlkə eşq sevgilini qazanmaq deyil, onda özünü itirməkdir.
  • Günlər günləri qovalayır. Günlər günləri eynilə təkrarlayır. Yorulurlar. Yaşamaqdan deyil, yaşaya bilməməkdən yorulurlar.
  • İçimin tunellərinə girən kimi bir fənər alıram əlimə. Buralar çox qarışıqdı. Neçə dəfə gəlmişəm. Yenə də həmişəki kimi itirəm. 
  • Hansı tərəfə gedirsən get. Şərq, Qərb, Şimal və Cənub, çıxdığın hər səyahəti içinə etdiyin bir səyahət olaraq düşün. Öz aləminə səyahət edə bilən adam sonda Yer kürəsini gəzər.
  • Qəhvə eşq kimidir, nə qədər səbir və diqqət göstərsən dadı o qədər gözəl olar. 
  • Bir insana sirrinizi verdiyiniz zaman azadlığınızı da verərsiniz.
  • Yaşadığın həyatı sevmək üçün bir səbəbin yoxdursa, sevirmiş kimi davarnma.
  • Artıq sənə yaza bilmərəm, amma səni yaza bilərəm.
  • Nə qədər silirsən sil, ya dəftərin cırılar, ya da cümlələrin izi qalar. 
  • Bəzən qəfil yaralanarıq. Amma hər yara sağalar. Əvvəl-axır qabıq bağlayar, üstü örtülər. Gözlərdən gizlənər. Çünki heç bir yara görünmək istəməz.
  • Ölüm reallığını itirir; itənlər statistikaya, atışmalar xəbərlərə çevrildiyində. 





Mənbə: hazırladı Elnarə AĞAOĞLU 14:02 / 25.01.2014

Oxşar xəbərlər

- Цитаты, стимулирующие уверенность в себе
- Умные мысли
- Афоризмы о масках
- Вариации
- Высказывания, цитаты и афоризмы Цецилия
- Qadinlara aid deyimlər 
- NIETZSCHE - Salome'ye:
- Высказывания, цитаты и афоризмы Ницше
- Афоризмы Вольтера (Voltaire)
- M.Ö. 6.yüzyılda, bilgin ve filozof Miletli Thales’e sormuşlar:
- Victor Hugodan aforizmler
- Одиночество и любовь. Мудрые мысли об одиночестве.
- Следуйте примеру воды
- here is no happiness...
- Эйнштейн Альберт
- Сунь-цзы - афоризмы, высказывания, цитаты и изречения:
- Война — это великое дело...
- Любовь живет три года
- share knowledge..
- ...ее присутствие невыносимо!
- ...мой враг
- МУДРОСТЬ ДРЕВНИХ ЕГИПТЯН
- Пути назад нет..
- 10 золотых уроков от Эйнштейна:
- каким являешься ты сам...
- Друг...
- Душа..
- Бессмертие, вечность
- Жалость.
- Скука...
- Банальная тема - счастье.
- Любить...
- Мы не можем вырвать испорченные страницы
- Никогда не оправдывайся
- хороши те, кто нас любят...
- лучше будь один...
- Поцелуи...
- Лучшая защита - это нападение
- Каждому воздастся по его вере.
- Судьба
    Cap et  Çap et