.: Mr. AYDIN JAFAROV :.

Marketinq satış demək deyildir!


Tam məsuliyyəti ilə marketinqin ilk insandan bugünə qədər yaşayan bir qavram olduğunu deyə bilərik. Marketinq insanların və eyni zamanda inkişaf edən texnologiyaların da gelişməsiylə bərabər, bir çox aspektlərində özünü biruzə verərək, inkişaf istiqamətlərinə yön vermişdir. Zamanın dəyişməsiylə marketinq də öz-özlüyündə dövrü dəyişikliklərə məruz qalmışdır. Bunları aşağıdakı kimi sıralaya bilərik;
  • İstehsal yönlü marketinq
  • Məhsula yönəli marketinq
  • Satışa yönlü marketinq
  • Rəqabətə yönlü marketinq
  • Müştəri mərkəzli marketinq
A.J. Uğura ancaq Müştərinin ehtiyaclarına fokuslanmaqla nail olunur. Biznesdə sadəcə tək bir patron var və O da Müştəridir…

Əğər Müştəri narazı qalarsa, şirkətdə menecerlər də daxil hər kəsi qapı arxasında qoya bilər…

Müştəri himayədarımızdır və ona ancaq istədiyini sata bilərik. Təsadüfi deyil ki, bəzi türk satıcılar müştəriyə "bərəkət" deyirlər.
Marketinqin mərhələlərə görə fəqrlilik göstərməsi  dövr içi hərəkət və inkişafı da sərgiləməkdədir. Mərhələr arası dəyişiklik göstərən marketinq anlayışını daha yaxşı anlaya bilmək üçün  marketinq qurusu olan Lester Wundermana qulaq verək; “Sənaye inqilabında istehsalçının səsi «istehsal etdiyim bax budur, lütfən satın alsana» ikən, bilgi çağında bu «istədiyim bax bu, lütfən edin» olmuştur.” Wunderman, marketinqin günümüzə necə gəlib çatdığını və müştərinin ticarətçidən nə istədiyini açıq ifadə edir. Marketinqin postmodern dönem ilə birlikdə alıcıya məhsulu(malı) ehtiyacı varmış kimi hiss etdirərək iş aparması, satışı da dövrə xarici buraxdığını göstərməkdədir. Marketinqin satış etmək ilə eynı şey olması fikrinin həm xalq arasında, həm də bir çox iş adamı və marketoloq tərəfındən qəbul edildiyi müşahidə olunur. Satış işini marketinqdən tamamən ayıra bilmərik. Satış etmək marketinqin bir parçası olmaqla birlikdə marketinqə yön verən bir fəaliyyətdir.
 

Peter Druckerə görə “marketinqin məqsədi, satış etməyi gərəksiz hala gətirməkdir”

 
Marketinqin əsas məqsədi insanlar üçün qarşılanmamış olan ehtiyacları kəşf etmək və daha sonra bu ehtiyaclara yönəli qane edici həllər, yəni məhsullar tapmaqdir.
 
Marketinqi satışdan ayıran başqa bir özəllik marketinq mərhələsinin satış etməkdən daha öncə başlamasıdır. Tədqiqatlar nəticəsində kəşf edilən və ya aşkarlanan ehtiyaclara uyğun olaraq istehsal olunan, mal və ya xidmətlər satış mərhələsinə keçmədən öncə marketinq mərhələsini yaşamaqdadır. Buradan göründüyü kimi, marketinq təkcə marketinq departamentınə buraxılamayacaq qədər önəmli bir işdır. Marketinq mərhələsində istehsal olunacaq mal və xidmətlər üçün ehtiyacların həcmi, intensivliyi və ortada qazanclı bir fürsət olub-olmadığı kimi araşdırmalar aparılır. Bu araşdırmalar nəticəsində istehsal olunan mal və xidmətlərin satışı gerçəkləşdirilir. Marketinq bir məhsul istehsal olunduqdan sonra onun bütün mövcudluğu boyunca gərəkli olan bir fəaliyətdir. Bu fəaliyət məhsulun həyatına çox böyük miqyasda təsir etməkdədir. Bu təsirlər; məhsula dair yeni müştərilər tapmaq, məhsulun cəlbediciliyini artırmaq, məhsulun müvəffəqiyyətini artırmaq və məhsul satışı sonrasında yaşanan müddətdə müsbət – mənfi nəticələr çıxardaraq məhsulun satışına daha böyük tövhələr verməkdədir.
 
Marketinq hər şeydən daha çox bir sənət və zəka sərgiləməsidir, görülməyəni görmə sənətidir. İstehsal olunan bir məhsul və yaxidmətin qısa zamanda satışı gerçəkləşə bilir, yalnız orta və uzun zaman dövründə bu satışların durması və bitməsi satışın marketinq olmadan bir məna kəsb etmediyini də ortaya qoyur. Marketinq satışa istiqamət verən məhsulu canlı tutan və onun hayatda qalmasını saxlayan bir mexanizmdır.
 

“Əğər istiqaməti deyişdirməzsək, çox yəqin ki, getdiyimiz mənzilə yetişərik.”

 
Marketinqi satış ilə eyniləşdirməmək gərəkdiyini yuxarıda gətirdiyim qədim Çin atalar sözündən də anlaya bilərik. Marketinq, həm bir saat, həm də bir kompasdır. İstiqamət  və yaşadığımız anı göstərir. Əlimizdə kompas və saat yoxdursa, böyük ehtimalla sadəcə satışını gerçəkləşdirdiyimiz məhsullar və perspektivdə bu məhsullar sayəsində etmiş olduğumuz zərərlərlə qarşılaşa bilərik. 

Aydın Cəfərov




13:58 / 30.03.2016

Oxşar xəbərlər

- Курт Левин. Модель управления изменениями
- Rəqəmsal marketinq ustadlarından...
- Uğurlu bir satış üçün dörd əsas sahədə vacib bilgilər
- Müdir, menecer (idarəci) və Lider arasındakı fərqlər..
- 15 ошибок юности
- Düşüncə dəyişmə konsepti
- Yalnızlık böyle anlatılır...
- Сизиф (Sisyphus, Σίσυφος)
- Жизнь соло: четыре мифа об одиночестве
- 8 простых правил общения с манипулятором
- Жизнь состоит только на 10 % из того, что происходит с нами
- Три вида лени - узнай себя
- "Səməd Vurğun dedi ki, məni öldürən o mədhiyyələrdir"
- Обнуление и генеральная уборка своей жизни
- Речь — основной источник потери энергии
- Что самое-самое в жизни?
- Есть 2 волшебных слова, которые меняют вашу жизнь до неузнаваемости.
- 49-летний Джек Ма, самый богатый человек в Китае даёт полезные советы
- 30 ПРИНЦИПОВ МУДРОЙ ЖИЗНИ:
- 25 максимально полезных советов для успеха
- Цели и задачи системы мотивации персонала
- Лучшие делают ставку на прорыв
- КАК УДЕРЖАТЬ ИННОВАЦИИ
- Роль лидера
- 15 способов как стать более продуктивным
- Как успешно провести личную беседу с подчиненными
- Рациональное мышление как основа успешности
- Как пробудить в себе творческое мышление и настроиться на инновации
- Как произвести впечатление: инструкция для лидеров
- ИННОВАЦИИ: ТИПИЧНЫЕ ЗАБЛУЖДЕНИЯ
- 12 открытий, которые сделает мужчина, став отцом
- Окно Джогари: взгляд внутрь себя
- Где мы теряем силу, и где набираем ее?
- Теория разбитых окон
- 8 привычек счастливых людей
- 9 привычек, которые изменят вашу жизнь
- 13 мудрых советов от старого китайца
- ПЛАСТИКА БОССА
- Развитие личности на позитиве
- Разреши Себе Быть Собой!
- Чтобы тобой восхищались
- Научиться говорить НЕТ!
- Сделай себя счастливой
- Разреши себе быть счастливым
- Как заставить бессознательное работать на Вас
- Притча об осуждении
- Мудрость из прошлого
- Вы слышали, как звучит каждый человек?
- 18 правил жизни от Далай Лама
- СИЛА МЫСЛИ
- Мотивация — полное руководство по мотивации
- Полезные уроки от Стива Джобса
- Что отличает мастер продаж от стабильного работника?
- Грамотная мотивация персонала вашей компании – ключ к успеху и развитию
- Мотивация коллектива. Примеры нестандартных шагов
- ЧТО ТАКОЕ МОТИВАЦИЯ
- Трансмедиа. Разберемся, что это такое?
- Похорони свои "Я НЕ МОГУ"
- Челночная дипломатия - Правила 3-х “Н”
- 10 методов генерировать новые идеи.
- 5 способов работать эффективнее и при этом радоваться жизни
- ЧЕЛОВЕК: ИЕРАРХИЯ ПОТРЕБНОСТЕЙ
- И так - День за 5 секунд.
- Cамые нелепые увольнения прошлого года
    Cap et  Çap et