.: Mr. AYDIN JAFAROV :.

Çobanın dərsi.


Bir gün hikmət sahiblərindən biri təbiət qoynuna gəzməyə çıxmışdı. Yolda bir dəstə qoyunu otaran çoban gördü. Öz aləmində onun cəhalətinə acıyıb: “Zavallı çoban! Görən Allahın varlığından, həyatın anlamından xəbəri varmı?” deyə düşündü.

Yaxınlaşıb çobanla bu barədə söhbət etmək qərarına gəlir. Yanına gəlib ona deyir:
- Övladım, Allahın varlığını bilirsənmi? - soruşdu. O da:
- Qul öz sahibini necə tanımaz!.. - dedi.
- Yaxşı, Allahı necə, nə ilə tanıyırsan?”
- Bu qoyunlar ilə.
- Bi qoyunlarla axı onu necə tanıyırsan?
- Bir sürü necə çobansız olmursa, başlarında onları qoruyan, onlara su və ot verəcək, qurddan quşdan qoruyan birisi lazım gəlirsə, aləmdəki hər şey - dağlar, daşlar, yer və göylər, insanlar və cinlər, bu heyvanlar, canavarlar, qanadlı quşlar da bir qoruyucusuz ola bilməzlər. Bundan anladım Onu...

O - minlərcə çeşid yaratdıqlarını qorumağa gücü yetən, onların yeməsi, içməsi üçün göydən su endirib, yerdən ot bitirən, məni və səni saysız qidalarla bəsləyən, hər şeyi görüb qayğısına qalan Allahdan başqası deyil. Mən Allahı bu əlamətləri ilə tanıdım.

Çobanın verdiyi hikmətli cavaba heyran qaldı ixtiyar. Ondan daha çox bəhrələnmək istədi. Ona belə bir sual verdi:
Əgər elmi Allah rızası üçün öyrəndinsə insanlardan bir şey istəmə! Onlardan heç nə gözləmə! Yox əgər dünya üçün öyrəndinsə, o zaman cənnət arzu və istəyini qəlbindən çıxar.


- Allahı necə təsəvvür edirsən?
- Heç bir şeyə benzəməyən kimi
- Onun belə olduğunu necə bildin ki?
- Yenə bu qoyunlardan...
- Necə yani?

Çoban hikmət dolu cavab verdi:

- Mən çobanam. Səhərdən axşamadək qoyunlarımla bərabərəm. Onlara otarır, su verirəm. Zərərli şeylərdən, kənar təhlükələrdən qorumağa çalışıram. Onlar mənim himayəm və nəzarətim altındadılar.

Fəqət onalar diqqət yetirəndə görürəm ki, nə onlar mənə bənzəyir, nə də ki mən onlara... Buradan anladım bir çoban öz qoyunlarına bənzəmirsə, əlbəttə ki, Allah Təala da heç bir quluna bənzəməz. Ona bənzəyən heç bir şey yoxdur. O tekdir, birdir. Onun dostu, bənzəri yoxdur. O heç bir imsəyə möhtac deyildir. O hər şeyə nur saçar və hər şeyi görür...

Müdrik heyrətini gizlədə bilmədi:

- Gözəl cavabdı… Amma elm olaraq sen bir şey oxuyub, öyrəndinmi?
- Mən bu səhrada yazıb oxumağı necə öyrənə bilərəm ki?... Bir az susub: - Ancaq bu üç elmi bilirəm – deyə davam etdi.
- Yaxşı, onlar hansılardı?
- Könül elmi, dil elmi və bədən elmi.
- ….
- Könül elmi budur ki, Rəbbim mənə qəlb verdi. Özümü tanımaq və sevmək üçün yer yaratdı. Bu qəlb ilə Onu tanıdım. Onun sevdiklərinə bu könüldə yer verdim. Sevmediklərinə qəlbimdə yer verməyib, onlardan uzaq oldum.

Dil elmi budur ki, mənə dil verdi. Dili zikr etmək, Onun adını söyləmək üçün vasitə kimi xəlq elədi. Bununla Onu xatırlayıb adını söyləməyi, Ondan bəhs edilməyən sözdən Onu qorumağı, belə sözlərdən uzaq olmağı istədi.

Bədən elimi isə budur ki, mənə bədədn verdi. Bu vucudla Ona xidmət edə biləcək hər biri işi görürəm. Xidmət etməyəcək şeyləri isə bədənimdən uzaqlaşdırıram.

İxtiyar bu saf könül sahibi olan çobandakı Allah inancına qibtə etdi və dedi:

- Övladım, haqqında sənə danışdığım elmlər oxuma, yazma bilmədən sənin mənə öyrətdiklərindir. Mənə nəsihət ver!
- Ey əfəndi! Senin bir alim olmağın üzünün nurundan görünür. Əgər elmi Allah rızası üçün öyrəndinsə insanlardan bir şey istəmə! Onlardan heç nə gözləmə! Yox əgər dünya üçün öyrəndinsə, o zaman cənnət arzu və istəyini qəlbindən çıxar.

P.S. Rəbbimiz hər birimizə bu nəsihətlərdən dərs ala bilməyi nəsib etsin…




Mənbə: Milord 13:17 / 15.04.2009     Cap et  Çap et