.: Mr. AYDIN JAFAROV :.

Davam edir 37


Nə qədər ki, bir milləti yetmiş yerə bölənlər var.
Nə qədər ki , rütbə uçün , şöhrət üçün ölənlər var.
Nə qədər ki, kabineti, vəzifəni gözlərinə təpənlər var,
Tiranların yambızını bir az altdan öpənlər var,
Nə qədər ki, istedadı addım – addım pusanlar var,
Xalq dərdini hayqırmağın əvəzinə əqrəb kimi susanlar var .
Nə qədər ki, iş başında bunca kütbaş, kəmsavad var.
Düz uç yüz min didərgindən heç nə yazmaz mətbuat var,
Nə qədər ki, başçı olur başsız canlar,
Bir millətin mənliyini talam – talam talayanlar,
Nə qədər ki, mənə əxlaq dərsi verir
Fərarilər, boşqab dibi yalayanlar,
Nə qədər ki,
-Demokratıya!
- Aşkarlama! – deyə-deyə boğaz yırtır bu züyçülər, zurnaçılar, şeypurçular,
Nə qədər ki, cəzasızdır
Xankəndimdə evlər yıxan, ürək yıxan yırtıcılar,
Davam edir 37 –
Daha kəskin, daha ciddi!




Mənbə: Mərhum shairimiz Xəlil Rza 21:33 / 18.04.2009     Cap et  Çap et