Həyatın sürəti artdıqca ömür sıfra yaxınlaşır
Население мира
Природная жилая площадь

м2

Природная жилая площадь на человека

м2

Природная жилая площадь на человека постепенно сокращается...


No comment

En iyi kisa film (ödüllü)

"Öz qurtuluşunun qatili insanlıq... Hətta xeyalları, azuları belə doğmadan, cücərmədən öldürən dəyərlər sistemi... Son ümid qığılcımlarının, çabaların yalanlar və xəyal qırıqlığı qebirsanlığına gömüldüyü məqam... İnsanda inancmı qalar?
Sonunda "Dünya iblisə uyub" -deyə gileylənirik!.. "(utanmadan)




 
[2011-07-06 13:16]

Человечество ждет ненормальная старость

[2011-06-21 14:50]

За что отвечают витамины?

[2011-05-31 15:10]

Тридцать лет войны со СПИДом

[2011-02-16 16:06]

Газировка приводит к инсульту

[2010-11-06 08:49]

Названы 8 симптомов, говорящих о вероятном развитии рака

[2010-10-07 07:34]

Лук шокировал ученых своими свойствами

[2010-08-25 22:34]

Психология и психотерапия детских травм.

[2010-08-22 16:58]

Семейные ссоры провоциируют болезни

[2010-07-27 09:24]

Польза свежих овощей и фруктов.

[2010-07-21 12:11]

Хит-парад полезных завтраков.

[2010-06-18 14:36]

Медики работают над новым поколением обезболивающих препаратов

[2010-04-25 14:08]

Гены отца отвечают за пол ребенка

[2010-03-16 08:40]

Мифологический орган: что ты знаешь о печени?

[2010-03-01 08:39]

Масло оливы: целебная сила.

[2010-03-01 08:34]

Остановим глаукому.

[2010-03-01 08:32]

Зимние виды аллергии.

[2010-03-01 08:23]

Эластичный страж нашего здоровья.

[2010-03-01 08:20]

Возрастная катаракта.

[2010-02-23 15:46]

Сперматозоиды ориентируются по запаху

[2010-02-23 15:35]

Комплексы мужчин


ANLAR

Jorge Luis BORGES ( Çeviri Can AKIN)

Apr
19
Eğer yeniden hayata başlayabilseydim;
İkincisinde, daha çok hata yapardım.
Kusursuz olmaya çalışmaz, sırtüstü yatardım. 

Dünya bu olaydan danışır..

Fev
3
Qüdsdə, müqəddəs məbədin üzərində görünən cism bütün dünyada yeni bir müzakirə mövzusuna chevrildi...
 

Татуировки на иностранных языках

Перевод наиболее распространенных татуировок-надписей:

Okt
8
«Contra spem spero» — «Без надежды надеюсь». 

В 1924 автомобиль Форда стоил 265$.

İyul
30
Первая кредитная карта была выпущена компанией American Express в 1951 году. 

Любопытные факты о космосе

Fev
24
За последние 500 лет масса Земли увеличилась на миллиард тонн за счет космического вещества. Кстати Земля весит около 600 триллионов тонн.
 

Эйнштейн Альберт

афоризмы, высказывания, цитаты и изречения:

Fev
24
Ты никогда не решишь проблему, если будешь думать так же, как те, кто ее создал
 

Сунь-цзы - афоризмы, высказывания, цитаты и изречения:

Fev
24
Управлять многими — то же, что управлять немногими. Дело в организации. 

ПРОСТО ЛЮБОПЫТНЫЕ ФАКТЫ

Fev
23
Взято из интернета, поэтому поручиться за 100% точность невозможно. Но любопытно. 

Oxumasanız da olar...

Fev
19
Bir hökmdar millətin rahat gediş-gəlişi üçün yol çəkdirir.
Yol hazır olduqda onu xalqın istifadəsinə vermədən öncə, bir yarış keçirilməsini qərar verir.
Bu yarışda arzu edən hər bir kəsin iştirak etmək imkanı vardı. 

Обмен жидкостями

Полгода до первого секса

Noy
30
Хорошо британским ученым. Мы тоже хотим получать гранты на исследования природы поцелуев. И даже готовы сами стать подопытными кроликами (при условии жесткого кастинга "крольчих").
 

МУДРОСТЬ ДРЕВНИХ ЕГИПТЯН

Okt
30
Не передавай учения тому, кто не хочет тебя слушать. (Анхшешонк)
Сердце человека – это дар Бога. Будь осторожен, не отнесись к нему небрежно. (Аменемопе) 

Желание

İyul
29
Пришел как-то к великому суфию Байязиду Бистами один человек и сказал: 

Бегство от смерти

İyul
20
Одному царю приснилось, что пришла его смерть. Во сне он увидел стоящую тень и спросил: 

Друг...

İyul
17
Настоящий друг с тобой, когда ты неправ. Когда ты прав, всякий будет с тобой 

Душа..

İyul
17
«...душа – это Луна. И она имеет недоступную сторону, которую никогда не увидишь с того места, где находишься.» 

Жалость.

İyul
17
Жалость к себе – бездонный колодец, и человек, свалившийся в него, будет падать всю оставшуюся жизнь. 

про одиночсетво...

İyul
17
Одиночество - это когда 200 номеров в сотовом и с десяток пухлых записных, а позвонить некому. 

Скука...

İyul
17
Скука — болезнь счастливых; несчастные никогда не скучают, у них слишком много дел. 

Банальная тема - счастье.

İyul
17
"Счастье - это отсутствие стремления к счастью".
Чжуан-цзы (китайский философ даосист) 

Любить...

İyul
17
Любить - это находить в счастье другого свое собственное счастье. 


 
11px13px15px17px

[2014-01-23 22:53] Главная

Həyatın sürəti artdıqca ömür sıfra yaxınlaşır

şəhər insanı "udur"...

Həyatın sürəti artdıqca ömür sıfra yaxınlaşır
Ömür insana bir dəfə verilir. Təkcə “Pişiyin doqquz canı olur” və bu ifadə  insan üçün yaddır. Amma ömrünü  daim onu itirmək qorxusu ilə yaşamaq da bir  həyat sayılmaz. “İnsan öz ömrünü necə yaşamalıdır?” sualına bütün dinlər və filosoflar cavab verməyə çalşır. Amma əvvəl-axır hamının qəbul etdiyi bir konkret forma və metod müəyyənləşməyib. Allah hər kəsə fərqli və fərdi ömür bəxş edir deyə. Bu ömrü ucqar dağ kəndində olduğu qədər süst və sakitcə keçirtmək sivil bir kimsənin arzusu sayılmasa da, tələm-tələsik yaşamaq da ağlı başında olan kimsənin ürəyicə  olmazdı.

Əslində tələskənlik tibbin hələ müəyyən etmədiyi bir xəstəlik də sayıla bilər. Bir halda ki, onu hamı hiss edir, onu xoşlamır, amma ondan xilas olmaq da  öz ixtiyarında deyil, deməli, bu bir sosial-psixoloji xəstəlikdir. Hamı bir-birini tələsməməyə, səbrli, təmkinli olmağa səsələyir, ancaq özü buna tam əməl edə bilirmi? Yaşı keçmiş, bütün əzizlərini, dostlarını itirmiş, tək-tənha və ixtiyarsız  qalaraq  bezən və özünə ölüm arzulayan qoca da əslində öz ölümünə tələsmir. İnsan adi vəziyyətdə, bu barədə düşünmədən  hər gün öz ölümünə doğru getməkdə və üstəlik tələsməkdədir. Kimsə bunu anlayaraq da özünü qınaya bilmir. Çünki cəmiyyət həyatının sürəti artmış, müasir dünyanın gərdişi və gedişatı çox yüksəlmişdir. Məcazi mənalarda ifadə etsək, daha nə at-araba, velosiped, nə də “M-1” yox, “BMW”, “Mercedes”, “Hunday”, raket surəti populyardır. Bu surətin içərisində hər bir insanın da öz yazılı ömür surəti var. İnsan təbii surətə istinad edərək ömür məsafəsini müəyyən olunmuş vaxt ərzində başa vuracaqdır. Lakin... Əslində hər bir insan görməli və düşməli olduğu məqamdan... məqamlardan qaça bilmir. Min belə məqam olacaqsa, yazıya pozu yoxdur, hökmən olacaq. İstər bünü 70 ilə yaşa, istərsə də 50 ilə! Yaşanacaq olaylar, hadisələr, məqamlar tükəndi ki, ömür də tükənmiş sayılır. Olmayacaq şeyləri yaşamaq mümkün deyil. Deməli, olacaq məqamları sürətlə, tələsərək, tezcə yaşamağa dəyməz. Öz olaylarını tez bitirdin ki, yenisi gəlməyəcək.

Kimsə xortdayıb qəbirdən çıxa və heç nə olmayıbmış kimi yeni bir ömür yaşamır. Son dövrlər cəmiyyət həyatının həddən artıq sürətlənməsi ilə orta ölüm yaşının da cavanlaşması  halının arasında paralelliyi görməmək olmur. Bu sürət insan həyatını daha sürətlə israf edir. Böyük şəhər sakinləri arasında hətta ortabab fəallıqla həyat keçirdən insanların da böyük əksəriyyəti vaxtın çatışmamazlığından şikayət edirlər. Bir gündə 3-4 günün işini görən və görməli olan adamın vaxtı necə çatsın? Eyni zamanda insanların bir gündə 3-4 günlük ömrü yaşadığını, israf etdiyini də bilməsi lazım. 40-50 yaş arasında baş verən insan ölümləri tədricən günümüzün adiliyinə çevrilir. Daha çox da təəccüblənmirik, dünən birlikdə olduğumuz insanın növbəti gündə ölüm xəbərini eşitdikdə bunu anlaşıqlı qarşılayır, dərindən təəssüflənmirik. Qəfil infarkt, şəkər, yüksək təzyiq və  bəd xassəli şiş hazırda dövrün ən populyar ölüm vasitələrinə çevrilib. Əzrayılın adı bədnam olub. Bu cür sürətli həyat yaşayaraq öz ömrünü tez bitirən müasirlərimizə görə ölüm mələyi Əzrayılı qınamağa dəymir. Ömür insana qoyulmuş akkumlyator kimidir. İnsan bu akkumlyatorun enerjisini savab, hər cür yaxşı əməllər, ziyarətlər və ibadətlə artırmış kimi görünür. Amma hamı bu qaydanı gerçəkləşdirə bilirmi? Pisliklər də bir yandan ömrü israf edir. “Akkumlyator” daha çox insan qəzəblənərkən, nifrət və kin hissi yaşayarkən, az qala  ikiqat-üçqat enerji sərf edir. Mənfi emosiyalardan fərqli olaraq müsbət təəssüratlar isə insan ömrünün enerjisini artırır. Amma insan özünü cəmiyyət həyatının ixtiyarına buraxdıqda   savab və ya günah əməllər sahibi olmasından asılı olmayaraq ömür  payını  bihudə israf edir. Böyük şəhərlərdə ömür daha insafsızcasına israf olunur.  Sanki  böyük şəhərlər nağıllarda olan təpəgöz kimi hər gün minlərlə insan ömrünü  yeməklə yaşayır. “Təpəgöz” dedikdə damların üstündəki dairəvi peyk antenaları, bircə ekran kimi işıqlanan televizorlar və kompüterlər yada düşür və diqqəti cəlb edir. Forma başqa cür olsa da, mahiyyət eyni ilə müqəddəs kitabların ifadə etdiyi kimi davam edir və bu təpəgöz Dəccalın özüdür və ya Dəccal bu gözlərin arxasında gizlənərək insanların ömrünü sürət hesabına bitirir. Əslində Dəccal kosmik və metafizik xarakter daşıdığı üçün  indi onun fiziki varlıq kimi görünməsinə ehtiyac qalmır. O özünü texniki qurğuların mahiyyətində ifadə edir. Amma insanın həyatını israf edən təkcə texniki qurğulardırmı? Onlar sanki insan həyatına köməkçi vasitələr kimi  dəyərləndirilir. Kimsə etiraf etməz ki, hazırda mobil telefonlar onun ömrünü necə böyük sürətlə bitirir. Bir gün telefonunu haradasa itirmiş insan özünü sanki bu dünyadan təcrid olunmuş kimi hiss edir. Ömrü ən az israf edən məqamlar insanın öz şəxsi qayğılarına sərf etdiyi enerjidir. Gün ərzində hər kəs o qədər bihudə enerji itirir ki, bu enerji hesabına dünyanın enerji balansı hiss olunacaq qədər azalır. Son onilliyin hər günündə itirilmiş insan enerjisini ömrə bölmək, alınacaq rəqəmi isə orta insan ömrünə ayırmaqla nə qədər insanın əslində güllə, bomba və ya aclıq, səfalət, xəstəlik bahasına məhv olduğunu müəyyən edə bilərik. Bu düsturu riyazi formaya salmaq elə də çətin olmasın gərək ki.  Bu halda son 20 ilin ərzində insanlığın əslində III Dünya Müharibəsindən daha çox itki verdiyi məlum olacaq. Gözlə görülməyən bu müharibəyə görə insanlığın özünü qınaması daha düzgün olardı. Amma kimsə öz ayranına turş demir.
 
  Şəhər və kənd həyatı təkcə mədəni səviyyə etibarı ilə deyil, həm də həyat surətinə görə bir-birindən kəskin fərqlənir. İlk baxışdan şəhər həyatı daha inkişaf etmiş və mədəni görünür. Amma əslində əkksinədir; kənd həyatı öz surətini daha çox qoruya və saxlaya bildiyi üçün üstün sayılmalıdır. Buna görə də kənd insanı şəhərlidən daha uzun və sağlam həyat yaşayır. Çoxmərtəbəli binada yaşayan şəhər adamı evdən çıxmaq  üçün lift gözləyir və ya pilləkənlərdə əsəb, vaxt və güc itirir.  Kənd insanı yuxudan erkən oyanır və vaxtını fiziki əməyə sərf edir, torpaqla məşğul olur. Avtobus və ya metro qatarını gözləyən, basırıqda lazımı dayanacaq və ya stansiyaya çatmaq, sonra yol keçidlərinə qədər uzun məsafə qət edərək, yol gedib iş yerinə çatan şəhərli də yubanmamaqdan ötrü evdən erkən çıxmalıdır. Amma hansı daha pozitif həyatdır? Yeni Yasamal yaşayış məntəqəsində yaşayaraq Əhmədlidə, Ağ şəhərdə və ya “Neftçilər” metro-stansiyası nahiyəsində işləyən adam saat 9-da iş yerinə çatmaqdan ötrü yataqdan saat 7-də qalxmalıdır. İşdən çıxaraq da bazara-dükana dəyməklə o öz evinə axşam saat 20-dən tez çata bilməyəcək. Bu halda onun iş günü 13 saata bərabər olmurmu? Mətbəx-xörək, təmizlik qayğıları ondan daha bir neçə saat vaxt alır. Saat 21 və ya 22-də asudəlik tapan  şəhər insanı öz övladı və ya həyat yoldaşına da  vaxt ayırarsa, televiziya və ya kompüter  arxasında bir neçə saat oturarsa gecə düşəcək. Bu zaman qəzet və ya kitab oxumağa, ibadətə, qohumlarla canlı ünsiyyətə, telefon bağlantılarına və digər fərdi qayğılara əsla vaxt qalmayacaq. İş zamanı, bazarlıq edərkən, yemək hazırlayarkən, avtobusda, sükan arxasında, yol gedərkən ətraf aləmdən vizual zövq almağa da vaxt yoxdur. Eyni zamanda mobil zənglərə cavab verməli və ya  telefon zənglərini həyata keçirtməlisən. Beləcə gün ərzində danışaraq büdrəyib yıxılan, yol qəzasına uğrayan, yanından keçdiyi doğmasını tanımayan azmı adam görürük? İş günündən sonrakı fiziki və zehni yorğunluq da bir yandan öz sözünü deyir. Bütün bünlara vaxt çatdıra bilməyən insan daim tələsik və qaçaraq vəziyyətdədir. Tələsmədikdə    mədəni insan sayılan şəhərli günün ən adi qayğılarına da vaxt çatdırmayacaq. Kiminsə şadyanalığında, ailə mərasimində, dostlarla görüşdə, konsert, idman yarışı və ya teatrda iştirak etməkdən ötrü o daha da tələsməli, vaxta qənaət etməlidir. Bütün bunlar onun hərəkət və düşüncə sürətini artırır. Şəxsi aftomobil sahiblərinin vaxtı daha məhduddur. Onu hər an tıxaclarda saatlarla yubanmalar gözləyir. Aftomobilin ən kiçicik problemini həll etdirmək də vaxt istəyir. Bir saatlıq nahar fasiləsi nəyə bəs edər? Bu zaman yalnız dönər və ya buterbrod almaq və ayaqüstü yemək mümkündür. Eyni zamanda övladların baxça, məktəb, ali təhsil qayğıları, yeməyi, geyimi də vaxt tələb edir. Bundan ötrü isə digər vəzifə, missiya, borc və qayğılara ayrılan vaxtdan qənaət etmək lazım gəlir. Ən rahat və ən yaxşı qənaət isə bir qədər tələsmək və işləri sürətlə bitirmək lazım gəlir. Yaranışından öz istəklərini gerçəkləşdirməyə, Cənnətdən qovulduqdan sonra maddi dünyada rahatlıqlar, gözəlliklər yaratmağa çalışan insan üçün elmi-texniki tərəqqinin, şəhərləşmənin aqibəti vaxtsızlıq, tələsgənlik, ötərilik olmalı idimi? Bu vəziyyətdə yaşayan şəhər insanı özündən asılı olmadan laqeyidləşir, kütləşir, soyuqqanlı və hissiyatsız birisinə çevrilir. Elmi-texniki tərəqqinin və şəhərləşmənin bunca aqibətini öncədən görmək eləmi çətin idi? Bu çoxdan qəbul olunan bir həqiqətdir ki, insan canlı təbiətdən uzaqlaşdıqca insanlığını qismən itirir və canlı robota çevrilir. Bir vaxtlar şəhəri yüksək mədəniyyət beşiyi olaraq təbliğ edən sosioloqlar, yazıçılar, filosoflar kütləviləşmənin həm də kütləşməyə səbəb olacağını görməli idilər. Türkiyənin İstanbul şəhəri həcminə və əhalisinin sayına görə bir çox ölkələrdən, o cümlədən Azərbaycandan bir neçə dəfə böyükdür. Amma orada nə Bakı, nə Sinqapur, nə də Nyu-Yorkdakı qədər hündürmərtəbəli binalar tikilməsinə meyl göstərilmir. Bunu onun 7 təpə üstündə salınması ilə əlaqələndirməyək. Bakı neçə təpə üzərində salınıb ki? Əsas məsələ insanın öz həyatına diqqətli olmasındadır. Özünə qarşı diqqətli ola bilməyənlərin başqalarına hüsnü-rəğbət bəsləyəcəyinə inanmayaq. İstanbulun təbii relyefindən asılı olaraq burada 2-3 mərtəbədən daha yüksək binalar tikilməsi münasib sayılmır. Bu cür milli təəssübkeşlik təkcə İstanbulu sürüşmə təhlükələrindən qorumur, həm də şəhərin koloritini mühafizə edir. Buna görə də İstanbullular daha çox istiqanlı və Avropanın soyuq nəfəsi qarşısında daha çox mətanətlidirlər. Qeyd edək ki, ifrat urbanizasiya özünün həyat sürətinə görə burada yaşayanların humanist duyğularını və Vətənpərvərlik hisslərini də korşalaşdırır. Böyük şəhərlər insanı fərdilikdən ayırıb kütləyə çevirir. İnsanların həddən artıq çox və sıx olduğu yerlərdə ümumi qaydalar hökmranlıq edir. Burada fərqlənmək və seçilmək çox çətin, çox hallarda həm də lüzumsuzdur. Təsadüfən kimsə fərqlənirsə, cilalanmasına vaxt çatmır və o, asanlıqla liderə çevrilir. Bu cür təsadüfi liderlər isə çoxluğu fəlakətə daşıyır; eynən qəssab baltasının altından sivişib çıxan keçi kimi sürünü qurban verir. Bəşəriyyət nəhayət ki, əsil mədəni həyatı insanın daha çox asudə vaxt əldə etməsi və bu vaxtı daha səmərəli keçirdə bilməsi ilə ölçməyə başlayıb. Bir çox ölkələrdə insanlar  sürətli aftomobilləri adicə velosipedlə əvəzləməyə başlayıblar. Bu yolla təkcə ekologiya xilas edilmir, həm də... Özünə hökm edə bilməyən insandan nəinki hökmdar, heç ağıllı Allah qulu da çıxmaz. Xoş olsun özünə yaxın ərazidə sakit iş və kiçik mərtəbəli binalarda, torpağa daha yaxın yaşayış quran insanların halına! Əslində bu o qədər asandır ki! Sadəcə, insan bunu özünə qandırmaqda acizlik göstərir. Ömrü yaşamaq naminə israf etmək məqbul idisə, Allah onu hər kəsə fərdi və fərqli formada bəxş etməzdi. Bəlkə də insan ömrü pul verib alardısa qədrini daha çox bilər və bihudə israf etməkdən yayınardı. Ömrü qazanmaq insanın özündən asılı olmasa da, bərəkətli etmək və uzatmaq ki, onun özündən asılıdır. Bir qədər dayanmaq, durmaq, ətraf aləmin canlı aurasını dərk etməyə çalışmaq  daha vacib sayılardı.  Özünü təsdiq etmək üçün hökmən paytaxta, şəhərə köç etməyə lüzum yox. Ən dəyərli məqamda paytaxt özü o şəxsi qoynuna çəkir! Uzun, sağlam  və mənalı ömür yaşamaq arzusunda olan insanların bu andaca mobil telefondan istifadəni  kəsməsi, televizorun ekranını söndürməsi, balkona çıxıb aftomobilin   açarını uzaqlara tullaması lazım gəlir. Sabah mənzili satmaq və ya dəyişmək barədə  düşünmək olar. Hələlik isə balkona çıxmaq  vacibdir- “bio-akkumlyator”un enerjisini qorumaq və artırmaq naminə. Onsuz da ömür o qədər qısadır ki!


Müəllif: (2386)-dəfə oxunub
Çap et   Geri   Yuxari


Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Ваша оценка: 5.6/10 ( проголосовало: 43)




Şərhiniz


Хадисы

Каждый поступок и самая мельчайшая подробность жизни Пророка представляли огромный интерес для тех, кто был рядом с Ним. За многие годы собралось большое количество записей (хадисов) о поступках и высказываниях Пророка Мухаммеда.

История любви

Я умер почти 9 лет назад. Но я пишу вам не для того, чтобы рассказать как мне тут живется. Я пишу, чтоб рассказать вам свою историю. псторию моей большой любви. И еще хочу сказать, что любовь не умирает. Даже на том свете. Даже если её пытаются убить, даже если этого захотите вы. Любовь не умирает. Никогда.

Прочитайте и подумайте над этим:

Мой друг открыл ящик комода своей жены и достал пакетик, завернутый в шелковую бумагу. Это был не просто какой-то пакетик, а пакетик с бельем. Он выбросил пакетик и взглянул на шелк и кружева. "Это я купил ей, когда мы были в первый раз в Нью-Йорке. Это было 8 или 9 лет назад. Она никогда его не носила.

....Я не собираюсь что-либо менять....

Он сказал: "Мне нравятся многие женщины, Я не могу быть только с одной".
Она улыбнулась в ответ.
Он сказал: "Я сам по себе, Я свободен и никому ничего не должен".
Она закурила и опустила глаза.
Он сказал: ....


Content

Скорая помощь


aydin@jafarov.com

Все еще не нашли то что искали?

Спросите нас! Мы вам поможем!