"Səməd Vurğun dedi ki, məni öldürən o mədhiyyələrdir"
Население мира
Природная жилая площадь

м2

Природная жилая площадь на человека

м2

Природная жилая площадь на человека постепенно сокращается...


No comment

En iyi kisa film (ödüllü)

"Öz qurtuluşunun qatili insanlıq... Hətta xeyalları, azuları belə doğmadan, cücərmədən öldürən dəyərlər sistemi... Son ümid qığılcımlarının, çabaların yalanlar və xəyal qırıqlığı qebirsanlığına gömüldüyü məqam... İnsanda inancmı qalar?
Sonunda "Dünya iblisə uyub" -deyə gileylənirik!.. "(utanmadan)




 
[2011-07-06 13:16]

Человечество ждет ненормальная старость

[2011-06-21 14:50]

За что отвечают витамины?

[2011-05-31 15:10]

Тридцать лет войны со СПИДом

[2011-02-16 16:06]

Газировка приводит к инсульту

[2010-11-06 08:49]

Названы 8 симптомов, говорящих о вероятном развитии рака

[2010-10-07 07:34]

Лук шокировал ученых своими свойствами

[2010-08-25 22:34]

Психология и психотерапия детских травм.

[2010-08-22 16:58]

Семейные ссоры провоциируют болезни

[2010-07-27 09:24]

Польза свежих овощей и фруктов.

[2010-07-21 12:11]

Хит-парад полезных завтраков.

[2010-06-18 14:36]

Медики работают над новым поколением обезболивающих препаратов

[2010-04-25 14:08]

Гены отца отвечают за пол ребенка

[2010-03-16 08:40]

Мифологический орган: что ты знаешь о печени?

[2010-03-01 08:39]

Масло оливы: целебная сила.

[2010-03-01 08:34]

Остановим глаукому.

[2010-03-01 08:32]

Зимние виды аллергии.

[2010-03-01 08:23]

Эластичный страж нашего здоровья.

[2010-03-01 08:20]

Возрастная катаракта.

[2010-02-23 15:46]

Сперматозоиды ориентируются по запаху

[2010-02-23 15:35]

Комплексы мужчин


ANLAR

Jorge Luis BORGES ( Çeviri Can AKIN)

Apr
19
Eğer yeniden hayata başlayabilseydim;
İkincisinde, daha çok hata yapardım.
Kusursuz olmaya çalışmaz, sırtüstü yatardım. 

Dünya bu olaydan danışır..

Fev
3
Qüdsdə, müqəddəs məbədin üzərində görünən cism bütün dünyada yeni bir müzakirə mövzusuna chevrildi...
 

Татуировки на иностранных языках

Перевод наиболее распространенных татуировок-надписей:

Okt
8
«Contra spem spero» — «Без надежды надеюсь». 

В 1924 автомобиль Форда стоил 265$.

İyul
30
Первая кредитная карта была выпущена компанией American Express в 1951 году. 

Любопытные факты о космосе

Fev
24
За последние 500 лет масса Земли увеличилась на миллиард тонн за счет космического вещества. Кстати Земля весит около 600 триллионов тонн.
 

Эйнштейн Альберт

афоризмы, высказывания, цитаты и изречения:

Fev
24
Ты никогда не решишь проблему, если будешь думать так же, как те, кто ее создал
 

Сунь-цзы - афоризмы, высказывания, цитаты и изречения:

Fev
24
Управлять многими — то же, что управлять немногими. Дело в организации. 

ПРОСТО ЛЮБОПЫТНЫЕ ФАКТЫ

Fev
23
Взято из интернета, поэтому поручиться за 100% точность невозможно. Но любопытно. 

Oxumasanız da olar...

Fev
19
Bir hökmdar millətin rahat gediş-gəlişi üçün yol çəkdirir.
Yol hazır olduqda onu xalqın istifadəsinə vermədən öncə, bir yarış keçirilməsini qərar verir.
Bu yarışda arzu edən hər bir kəsin iştirak etmək imkanı vardı. 

Обмен жидкостями

Полгода до первого секса

Noy
30
Хорошо британским ученым. Мы тоже хотим получать гранты на исследования природы поцелуев. И даже готовы сами стать подопытными кроликами (при условии жесткого кастинга "крольчих").
 

МУДРОСТЬ ДРЕВНИХ ЕГИПТЯН

Okt
30
Не передавай учения тому, кто не хочет тебя слушать. (Анхшешонк)
Сердце человека – это дар Бога. Будь осторожен, не отнесись к нему небрежно. (Аменемопе) 

Желание

İyul
29
Пришел как-то к великому суфию Байязиду Бистами один человек и сказал: 

Бегство от смерти

İyul
20
Одному царю приснилось, что пришла его смерть. Во сне он увидел стоящую тень и спросил: 

Друг...

İyul
17
Настоящий друг с тобой, когда ты неправ. Когда ты прав, всякий будет с тобой 

Душа..

İyul
17
«...душа – это Луна. И она имеет недоступную сторону, которую никогда не увидишь с того места, где находишься.» 

Жалость.

İyul
17
Жалость к себе – бездонный колодец, и человек, свалившийся в него, будет падать всю оставшуюся жизнь. 

про одиночсетво...

İyul
17
Одиночество - это когда 200 номеров в сотовом и с десяток пухлых записных, а позвонить некому. 

Скука...

İyul
17
Скука — болезнь счастливых; несчастные никогда не скучают, у них слишком много дел. 

Банальная тема - счастье.

İyul
17
"Счастье - это отсутствие стремления к счастью".
Чжуан-цзы (китайский философ даосист) 

Любить...

İyul
17
Любить - это находить в счастье другого свое собственное счастье. 


 
11px13px15px17px

[2015-01-25 21:50] Главная

"Səməd Vurğun dedi ki, məni öldürən o mədhiyyələrdir"

Yazıçı-araşdırmaçı Güntay Gəncalpla müsahibəni təqdim edirik.
 
– Güntay bəy, mövzuya keçmədən əvvəl belə bir sual soruşum sizdən: Nədən bütün olaylara və şəxslərə tənqidlə yanaşır, hər şeyi sual altına aparmağa çalışırsınız?
 
– Soru sormaq və sorğulamaqla keçmişin bizim ruhumuzu işğal etməsinin önünə keçə bilərik. Ancaq soran və sorğulayan bir zehin azadlığa qovuşa bilər. Sorğulamaq düşüncə imkanlarını genişləndirmək anlamındadır. Bu üzdən suallar bizi indiki zamanda yaşamağa və gələcək tarixin zərurətlərini idrak etməyə yönləndirər. Suallarsız bir həyat şəkli ənənələrə təslim olmaq və keçmişin qaranlıqlarına yuvarlanmaq anlamındadır. Bu da mühafizəkar və düşünməyən zehinlərə xas bir durumdur. 
 
 
– Yəni siz tarix və sosial hadisələr mövzusunda heç bir şəkildə mühafizəkar deyilsiniz, eləmi?
 
– Mühafizəkar zehniyyət soru sormaz. Başlanğıcı, sürəci və nəticəni sorğulamaq mühafizəkar zehniyyətə ziddir. Mühafizəkar zehniyyət düşünməmə rahatlığı arar. Çünkü mühafizəkar zehniyyət üçün anlamanın heç bir önəmi yoxdur. Mühafizəkar zehniyyət bu günə qədər baş verənləri doğru olaraq görər və onu idealizə edər. Çünki bu yolla düşünmə əziyyətindən uzaq durmuş olar. Düşünmək rahat ruhun işi deyil, narahat ruhun əməlidir. Bütün xalqlarda azlıqda olan bir kəsim düşünər və qalan çoxluq da o azlıqların düşündüklərini düşünər, o düşüncələr ətrafında fikri məşğuliyyətlə uğraşar. Bu düşünən azlıq hər hansı bir millətdə yoxdursa, o millət düşünən azlığı olan millətlərə kölə olmağa məhkumdur. Məsələn, bizim İrandakı əsas problemimiz budur. Düşünən və milli dildə fikir yürüdən kəsim bizim nə keçmişimizdə olmuş, nə də indi var. Bəlkə, indi təzə-təzə var olmağa başlayır. Bu üzdən düşüncə ürətən farsların əlində biz fikrən məğlub olmuşuq. Bizim məğlubiyyətimiz fiziki deyil, yəni heç vaxt farslarla meydan savaşına girib qarşı-qarşıya gəlməmişik. Yalnız fikrən məğlub olmuşuq. Bu fikri məğlubiyyətimiz ortadan qalxmadıqca da bizə qurtuluş yoxdur.
 
 
– Keçək ədəbiyyat və Səməd Vurğun mövzusuna. Siz Səməd Vurğunu oxumusunuzmu?
 
– Səməd Vurğun yaradıcılğı ilə öncə evimizdəki radio-maqnitafon vasitəsi ilə tanış oldum. Musiqi müşayiəti ilə oxunan şeirləri kasetə yazar, sonra oradan da dəftərimə köçürərdim. Onlarca şeir dəftərim var idi. Beləcə, ana dilimizdə ədəbi mətnlər əldə edib oxuyardım. Sonra Moskvada ”Proqres” nəşriyyatının ərəb əlifbasında nəşr etdiyi kitablar gəldi. Bu kitablar Tehranda Sovet-İran dostluq cəmiyyətinə gəlir, oradan da İran miqyasında yayılırmış. Bilmirəm, necə olmuşdusa, S.Rüstəmin, M.İbrahimovun, S.Vurğunun və digər yazarların da əsərləri evimizə gəlmişdi. İlk oxuduğum türkcə roman da M.İbrahimovun ”Gələcək gün” romanı olmuşdu. Vurğunun təsiri İranda çox güclü idi, onun kommunizmi öyən şeirləri solçular tərəfindən yayılırdı. Əsgərlik illərimdə çantamda Füzulinin, Hafizin, Əttarın, Mövlananın kitablarının yanı sıra Vurğunun da kitabı var idi. Beləcə, Vurğundan bir çox şeirlər əzbərimdə qaldı.
 
 
– Maraqlıdır, demək, milli ədəbiyatımızla bu şəkildə tanış oldunuz. Ədəbiyyatşünaslıq bucağından milli ədəbiyyatımızı necə dəyərlərndirirsiniz?
 
– Ədəbiyyatşünaslıq çox geniş mövzudur. Ədəbiyyatşünaslığın üç sahəsi var: Ədəbiyat tarixi, Ədəbiyyat nəzəriyyəsi, Ədəbi tənqid. Bunların hər biri geniş sahədir. Bizim türk dilində yazılan ədəbiyyatımızın da bu baxımdan bir ontologiyası var. Hər üçünü bir yerdə ələ almaq gərəkdiyində doğru bir sonuca varmaq olar. İslam öncəsi ədəbi mətnlərimizdən çox az bir qismi əldə mövcuddur. Uyğur türkcəsində mövcud olan ”Altun Yaruq” kimi ədəbi mətnlərin çox geniş dil imkanları var. İslam öncəsi mətnlərin dəyərləndirilməsi fərqli bir metodologiya gərəkdirər. Lakin mənim görüşümə görə, İslam öncəsi mətnlərimizdə mövcud olan sözlərin çox böyük bir qismini dilimizə qazandırmalıyıq. Almanlar bu yolla dillərini fəlsəfəyə daxil edə bildilər. Çünki insan yalnız dilin içində olanları anlaya bilir. Bu qavramlar dilimizin içində əski çağlarda olmuşsa, indi nədən olmasın? Mən öz romanlarımda bu işi edirəm. Ətək yazıda açıqlamasını verərək, əski sözləri, özəlliklə, ”Altun Yaruq”, Kaşqarlı, ”Manas”,  ”Qutatqu bilik”, Nəsimi, Nəvai, Füzuli, İmrə, Qorqud mətnlərindəki sözləri romanlarımda istifadə edirəm. Yabancı dillərdən söz almaqdansa, onları dilimizə daşımaq daha əxlaqidir...
 
 
– İslam sonrası ədəbiyatımızın metodik incələnməsi necə olmalıdır?
 
– İslamdan sonra dilimizdə bol mətnlər meydana gəlmiş. Bu mətnləri bilmək üçün İrfan elmini, irfan psixologiyasını, təsəvvüfü, Quranı və İslam tarixindəki düşüncə dönüşümlərini dərindən bilmək gərəkir. Bu baxımdan klasik ədəbiyatımızın tənqidçiləri yox dərəcəsindədir. Məsələn, bir Füzuli şərhçisi dilimizdə yoxdur. Mən bir az bu işlə məşğul olmağa başlamışam və Bakıda Füzuli irfanını şərh edən bir kitabım çap oldu. İslamdan sonra əruz şeir növü duyğu və düşüncələrimizə girmişdir. Əruzun N.F.Qısakürəyin dediyi kimi ”dış dünyanı iç dünyaya tabe etmə” kimi bir özəlliyi vardır. Yəni əruz vəzni irfanidir, fəlsəfi və hikmət dolu dərinliyi vardır. Hikmət ağıl çalışmalarının vəhylə işıqlanması deməkdir. Bilirsiniz ki, Şərqdə fəlsəfi axımlar olmamışdır. Farabi, İbni-Sina, İbni-Rüşd kimi fəlsəfə şərhçiləri olmuşdur, lakin fəlsəfə olmamışdır. Fəlsəfə əruz vəznində yazılan şeirlərdə olmuşdur. Məsələn, Füzulinin, Hafizin, Mövlananın şeirlərini nəsrə dönüşdürsək, olar fəlsəfə. 
 
– İslamdan sonra ədəbi mətnlərimiz, sadəcə, əruz sahəsindəmi inkişaf edib?
 
– Sadəcə, əruz vəznində inkişaf etməmişdir. Heca sahəsində də bol ədəbi mətnlər yazılmışdır. Heca vəznində yazılanlar əsasən ozan və aşıq ədəbiyatını təşkil etmişdir.
 
– Ozan və aşıq ədəbiyyatı deyirsiniz, bunlar ayrı-ayrı sahələrdirmi, sizcə? Eyni şey deyillərmi?
 
– Ayrı-ayrı sahələr deyil, ayrı-ayrı mərhələlərdir. Hər mərhələnin də öz özəllikləri var. Bunu daha ayrıntılı olaraq açıqlamamız gərəkəcək. Çünki çox önəmli mövzulardır. Ozan sənətinə ontolojik və tarixi bütünlük olqusu olaraq baxarsaq, bizdə bu sənətin dörd təkamül mərhələlərini keçirdiyinə tanıq olarıq: 1- Şamançılıq, 2- Yanşaqçılıq, 3- Ozançılıq, 4- Aşıqlıq.

Şamançılıq
bütünüylə İslam öncəsi dönəmi ehtiva etməkdədir. Şamançılıq haqqında burada danışmağa gərək yox, çünki o, uzun mövzudur.

Yanşaqçılıq
islamiyətlə tanış olduqdan sonra içi boşaldılan və özünü toparlaya bilməyən şamançılığın davamıdır. Yanşaqçılıq dəyərini itirmiş şamançılıqdır. İslam dəyərləri qarşısında şoka uğrayan şamançılığın adı yanşaqçılıqdır. Bu üzdən yanşaqçılıq bir az komikdir.

Ozan sənəti
isə, İslamdan sonra, artıq özünü toparlayaraq İslami bilgilərə, İslamın əxlaq ölçülərinə və söyləmlərinə uyum sağlamış şamançılıqdır. Dədə Qorqud bunun açıq örnəyidir. Bayındırılı mədəniyyətinin ürünü olan Dədə Qorqud türk-İslam kimliklərinin kəsişim nöqtəsidir. Ozançılıq sənəti XVI əsrə qədər davam edər. Səfəvi dövlətinin quruluşu ilə ozançılıq Dədə Qorqud kimliyinə mənsub duyğu və düşüncələrdən, inanc sistemindən boşalaraq fərqli məzmun qazanar. Çünki ozançılıq bu dönəmdən sonra şiə kültürü ilə qarşılaşar.

Bu dönəmdən sonra "aşıqlıq" mərhələsi ortaya çıxar. Bölgəmizdə, özəllikllə, Urmu yörələrində çox azınlıq olaraq qalan kürəsünnilərdə ozan sənəti öz əski tarixi xatirəlrindən ayrılmamışdır. Ozan sənətində İslamdan sonra, sadəcə, Əli və şiənin 12 imamı öyülməmişdir. Bu, Səfəvi sonrası bir macəradır. Nümunə üçün “Dədə Qorqud” dastanında dörd xəlifə haqqında xoş sözlər söylənmişdir. Aşıqlıq mərhələsində bu sənət ozançılığın tarixi dünyagörüşünə və təcrübələrinə qarşı antitez olaraq meydana çıxar. Yəni, daha çox, şiə və Anadoluda, daha çox, ələvi dünyagörüşünü bəyan edər.

Səfəvi dövlətinin quruluşu ilə ozançılıqdan ayrılaraq "aşıqlıq" mərhələsinə girən bu sənət şiə ideologiyasının dərin basqısı altında qalmış, hətta Səfəvi kimliyinin ağır basdığı yerlərdə "ozan" sözü tələffüzlərdən silinmişdir. İdeolojik sürəcin etkisi altında qalan ozan sənətinin içindən aşıqlıq ortaya çıxmış, həm melodik, həm də ədəbi mətnlərinin məzmunu dəyişimə uğramışdır. Ozançılıq mərhələsində əldə çalınan musiqi alətinin adı ən çox “qopuz” və qismən də “çögür” olaraq adlanmışdır, lakin XVI əsrdən başlayaraq farsca olan “saz” sözü bu iki adların yerinə oturmuşdur.
 
– Ozan şeiri ilə əruz şeirinin fərqi nədədir ki?
 
– Ozan ədəbiyyatının estetik anlayışı özəl deyil, ümumidir. Aşıq ədəbiyyatında “mən” yoxdur, “biz” var. Yəni ozan mətnlərində fərd yoxdur, kollektiv var. Kollektiv də narahat olmaq istəməz, xoş sözlər duymaq istər. Ancaq düşüncə narahat duyğuların və narahat ruh hallarının ürünü olduğundan kollektivə deyil, fərdə xitab edər. Ona görə də dil nə qədər ağırlaşaraq fəlsəfəyə girərsə, ozan mətnləri kimi çoxluğa deyil, azlığa xitab edər, az adam anlar. Ancaq əruzda “mən” varlığı “biz” varlığından daha üstündür. Əruz şəxs-Tanrı arasındakı irfani təcrübələri sözə dönüşdürməyə üstünlük verər. Lakin ozan mətnlərində eşq ideyasının bu qədər dərinliyi ilə qarşılaşmırıq.
 
– O zaman modern ədəbiyatımız haqqında fikriniz nədir?
 
– Modern ədəbiyatımız Axundovla başlar. Ədəbiyyatın nəsnəsi dildir və dilimiz də Axundovla modern ədəbi prosesə daxil olar. Bu da Rusiya sömürgəçiliyində ortaya çıxar. Ədəbiyatımızin modernləşməsi sırasında qəzəl və heca da modernləşmişdir. Ədəbi modernləşmənin əsas özəlliyi dilin öz kökü üzərində genişlənməsi və ideyalar dünyasına girməsidir. Bu baxımdan dilimiz də modernləşməyə başlamışdır. S.Ə.Şirvaninin qəzəllərinin dili daha da xəlqiləşmişdir. Həm ideya, həm də ideyaların ifadə şəkli baxımından Axundovdan başlayaraq davam edən modern ədəbiyatımızın zirvəsi mənə görə Hüseyn Caviddir.
 
– Məzmun olaraq deyil, sadəcə, forma olaraq modern şeirin özəlliyi nədir?
 
– Modern şeir biçimsiz özünüifadədir. Əruz və heca qulaq şeiridir. Hətta yazıb-oxuması olmayanlardan da əruz və ya heca şeiri duya bilərsiniz. Çünki vəzni, qafiyəsi və ölçüsü olduğundan bəlli riyazi məntiqə dayanar. Bu üzdən tez əzbərlənər. Lakin modern şeir göz şeiridir, yəni gözlərinlə mətni görərək oxumalısan və göz şeirdən ayrıldığında o mətn şeirsəl zövqünü itirər. Bu üzdən modern şeir əzbərdən oxunmaz.
 
– İndi gələk Səməd Vurğun yaradıclığına. Vurğun yaradıclığını sizə görə səciyyələndirən xüsusiyyət nədir?
 
– Vurğun yaradıclığını mənə görə irfani və fəlsəfi dəriniyi olan bir yöntəmlə incələmək olmaz. Yəni Vurğun yaradıcılğında nə irfan var, nə hikmət, nə də fəlsəfə. Vurğunun zehni üfüqlərində, dünyagörüşündə bunlar olmamışdır. Haydegger “şeir varlıqdan, zamandan və tarixdən xəbər verən əsil söyləmdir” deyir. Bu baxımdan Vurğunun yaradıclığı oxucunun bəsirət gözlərini açaraq, onun gözəli deyil, gözəlliyi görməsinə yardımçı olmaz. Şeir bir anın içində varlıqla sirli bir şəkildə qarşılaşmaq və bu bir anın əbədiyyətə quvuşması ilə ortaya çıxar. Düşüncənin, duyğu və xəyalın musiqi eşliyində bir düzən tapmasına şeir deyə bilərik. Bu anlamda bəzi şairlərdə bunlardan biri daha qabarıq ola bilər. Hamısının bir yerdə bir bütün olaraq dildə əks olunması Hüseyn Cavid kimi dahilərdə mümkün olmuşdur. Vurğunda bu bəyan mövcud olmamışdır.
 
– Bunu Vurğun yaradıclığından nümunə verərək necə bəyan edə bilərsiniz?
 
– Müqayisəli olaraq bu haqda danışsaq, mövzunu daha da dərinləməsinə anlaya bilərik. Məsələn, Vurğunun “Gözlər” şeirinə baxaq:
 
 
“Yenə qılıncını çəkdi üstümə,
 
Qurbanı olduğum o ala gözlər.
 
Yenə cəllad olub durdu qəsdimə
 
Qələm qaş altından piyala gözlər”.
 
 
Bu misralarda bir kişinin dişilik qarşısında özündən getməsi açıqca görünməkdədir. Düşüncə, xəyal, duyğu ahəngdar bir şəkildə maddənin zahirinə ilişib qalmaqdadır. Eyni şeirin davamında daha da zahiri estetika bəyan edilməkdə və maddənin ötəsinə yüksəliş söz konusu deyildir. İndi bir də H.Cavidin üfüqündən eyni mövzuya baxaq. Cavid deyir:
 
 
“Mən gözəllərdə gözəl ruh araram,
 
Ruhu düşgünləri çirkin sayaram.
 
Bir gözəl lövhə ki, yapmış rəssam,
 
Daha xoşdur ona məftun olsam.
 
Tanrı eşqilə yanan haqq nuru,
 
Səndə yox, durma, çəkil get... doğru,
 
Zahirin xoşsa da, bədbatinsən.
 
Bu gözəlliklə, əvət, çirkinsən.”
 
 
Görürsünüzümü? Burada gözəl deyil, gözəllik və mənəvi həzz bəyan edilməkdədir. İndi eyni mövzunu bir də Füzulinin baxışında görək. Füzuli deyir ki, ey zahirpərəst, mənə zahiriliyi anlatma, mən hal əhliyəm. Hal əhli olmayan, məzmunu olmayan gözəllik mənə lazım deyil:
 
 
“Əhli-halam, demə büt vəsfin mənə, ey bütpərəst,
 
Halı bilməz dilbəri-sahib camalı neylərəm?”
 
 
İndi burada məqsəd Vurğunun ədəbi zövqünü kiçik görmək deyil, sadəcə olaraq, Vurğun o sahədə usta bəyançı olmuş. Yəni dərinliyi və kökü olmayan gözəlliyi vəsf etməkdə Vurğun başarılı olmuşdur.
 
 
– “Vurğunun şeirlərində fəlsəfi dərinlik yoxdur” – deyirsiniz, bu mövzu çox mübahisəlidir...
 
– Şeirdə fəlsəfə sözünü işlətməklə, ya da şeirin adını “həyat fəlsəfəsi” qoymaqla şeir dərinləşməz. Dərinlik ilmə-ilmə sözlərlə hörülərək ortaya çıxar. Bu baxımdan Vurğunun şeir fəlsəfəsi irfan dərinliyinə dayanmamaqdadır, heçliyə dayanmaqdadır. Şeirin də, digər sənətlər kimi, önündə duran problemlərdən biri “ölüm” və “heçlik”dir. Ölüm bütün qorxuların və sarsıntıların səbəbidir. Sənətin bir görəvi də bu sarsıntını aşmaqdır. Ancaq Vurğun ölüm məsələsində nehilizmə yuvarlanmış və ölümdən qorxmaqdadır. Qorxunun da əcələ faydası yoxdur. İrfan şeirində ölüm son oyanış olaraq dəyərləndirilər. Məsələn, Mövlana “mən öldüyümdə ağlamayın, maddi dünyanın basqılarından azad olaraq mütləq azadlıq aləmində seyrə gedirəmsə, nədən ağlamalısınız?” – deyir. Ya da Füzuli deyir ki, əcəl qorxunc bir şey deyil, tam tərsinə, ölüm nəfsi “qorxu” deyilən kabusdan azad edər və əcəl nəfs kimyasına azadedici iksir və dərmandır:
 
 
“Əcəl alayişi-xovfu xətərdən qurtarar nəfsi,
 
Bu cövhər kimyayi-nəfsə bir eksiri-ə´zəmdir”
 
 
Ancaq Vurğun bu görüşün və kainatı görən bu üfüqün dışındadır. Vurğun qaranlıq bir yerdə duraraq varlığa baxmaqdadır, üfüqləri də qaranlıq və ümidsizcədir. Vurğuna görə ölüm insanı heçliyə uğradar, iblisə təslim edər. Bunu da “həyat fəlsəfəsi” adlı şeirində bu şəkildə bəyan edir:
 
  
“Ölüm bir iblisdir, həyat bir mələk,
 
Varlığı izləyir heçlik kölgə tək”.
 
 
Bu növ, həyat fəlsəfəsində insan gözəllikləri görə bilməz. Gözəlliyi görə bilmək üçün zehin kabuslardan azad olmalı, özəlliklə ölüm kabusundan azad olmalıdır. İnsan üç halda kabusların və vahimələrin əlindən azad ola bilməz: Qorxarkən, möhtac olarkən, həyəcanlanarkən. Sənət də bu üç durumun ötəsində insana azadlıq haqqı tanıyar. Ölüm iblisə təslim olmaqsa, daha çox yaşamaq və iblisdən yayınmaq üçün hər növ gərəksiz işlərə də qatlaşmaq öz-özünə caiz olar. Burada söz konusu “varlıq” və “yoxluq”dur. Nədir varlıq və yoxluq? Varlıq bu var olanlar və yoxluq da görə bilmədiklərimizdirmi? Bu fəlsəfi suallar ətrafında Vurğun bilgi ürətə biləcək zehniyyətdə olmamışdır. Eyni mövzunu H.Cavid, görün, necə dəyərləndirir:
 
 
“Ölüm var ki, həyat qədər dəyərli,
 
Həyat var ki, ölümdən də zəhərli.
 
Yaşamaq da xoşdur, ölmək də xoşdur,
 
Qayəsiz həyatda ölüm də boşdur”.
 
 
Vurğunun baxışında insana qurtuluş yoxdur, lakin Caviddə qurtuluş var. J.P.Sartr “ancaq yaşayanlar ölürlər, yaşamayanlar ölmürlər, məhv olurlar” – deyir. Vurğunda da ölmək məhv olmaq kimi təsvir edilir.
 
– Anlatdıqlarınızdan belə çıxır ki, Vurğun öz istedadından daha böyük şöhrətə qovuşub.
 
– Doğru. Vurğunun qazandığı şöhrətin böyük bir qismi sənətinin dərinliyinə və ehtişamına görə deyil, ideoloji mənsubiyyətinə görədir. Məsələn, Vurğunun dəfn mərasimindəki o qədər izdiham Stalinə və digərlərinə yazdığı şeirlərinə görə idi. Böyük sənət adamları səssizcə ölmüşlər. Cavid kimi. Bəxtiyar Vahabzadə ilə bir dəfə söhbətimiz oldu bu haqda. Bəxtiyar müəllim mənə dedi ki, Vurğun xəstələnmişdi, onun ziyarətinə getmişdim. Barmağı ilə kitablarına işarə edərək dedi ki, məni öldürən bax o yazdığım kitablar, o mədhiyyələrdir. Yəni Vurğun vicdan əzabi içində ölmüşdür, rahat ölməmişdir. Ölümdən qorxmanın da səbəbi insanlarda budur. Çox təəssüf ki, onun istedadı anlamsız şeylərə həsr edilmişdi.
  
– “Vicdan əzabı” deyirsiniz. Nədən Səməd Vurğun vicdan əzabı çəkməli idi?
 
– Mənə görə Vurğun yazdığı mədhiyyələrin dışında bir də iki mövzuyla bağlı əzab çəkmişdir. Vurğunun bədii istedadı dar bir dil çərçivəsinə sığmazdı. Bu üzdən Vurğunun yaradıcılığında dillə bağlı iki mərhələ var. 1937-ci ilə qədər davam edən mərhələ və bir də bu ildən sonrakı mərhələ. 1937-ci ildən sonra “dildə türkizm” tezisi yerinə, “dildə sovetizm” tezisi yerləşdirildi. Aydınlanma və dildə türkizm sürəci sovet zamanında durduruldu. 1936-cı ildə Yazıçılar Birliyinin sədri S.Şamilov bu düşüncə ilə qurultayda çıxış edir: “mahiyyətcə sosialist, şəkilcə milli mədəniyyətin yaradılmasında bilavasitə iştirak edən xalqların həyatında internasional sözlərin artması təbii və olduqca sağlam bir hadisədir. Biz məhdud milli vətəndaşlıq cəmiyyəti deyil, beynəlmiləl proletar revolusiyanın istinadgahı və bazasını təşkil edəcək sinifsiz sosializm cəmiyyəti qurduğumuzdan buna mütabiq bir dilin inkişafında iştirak etməliyik.” Bu, dilimizin ruslaşması üçün atılan addım idi.

Yazıçılar İttifaqının toplantısında Müşfiq kimi şairlər dildə türkizmi müdafiə edir, Səməd Vurğun onlara qarşı dildə sovetizmi müdafiə edir. Qısa sürə sonra Müşfiqi də sırf bu üzdən edam etdilər. Yəni Müşfiq, Cavid və digərləri dilimiz yolunda şəhid edildilər. Səməd Vurğunun da bu toplantıdan sonra şeirlərində daha öncə kullanılan “pək”, “əvət” kimi türkcə sözlər artıq gözə dəymədi. 1937-ci ilə qədər dildəki amac modern millət inşa etməkdisə, ondan sonra dildəki amac millət deyil, ideologiya inşa etməyə yönəldi. Mən bunları özümdən demirəm. O zaman Müsavatçılar Almaniyada “Qurtuluş” adında dərgi çıxarır və Bakıdakı “Ədəbiyyat” qəzetinin bilgilərini bu dərgidə əks etdirirdilər. Qaynaq da verirəm: (Mirza Bala, “Dilimizdə sovetizm”, Qurtuluş dərgisi, 1937-ci il, Nr. 27, s. 780-781.)
 
– Yəni Vurğun milli şəxsiyyətlərə qarşı sovetizm görüşünü irəli sürüb?
 
– Vurğun ayrıca, 16.06.1937-ci ildə “Ədəbiyyat” qəzetində Cavid haqqında çox aşağılayıcı sözlər yazmışdı. Mən bunları oxuduğumda çox üzülmüşdüm. Çünki bizim ədəbiyyatımızda Vurğun olmazsa, heç bir şey əksik olmaz, Vurğundan daha güclü yazan ozanlarımız olmuşdur. Lakin Cavidsiz ədəbiyyatımız çox anlamsız və cılız bir şey olar. Cavidin dünyagörüşünü qəbul etməyə bilərdi, lakin onu belə aşağılayaraq ölümə göndərilməsinə meydan açacaq şeir yazmasını mən əxlaqi olaraq görə bilmirəm. Vurğun o şeirdə yazır:
 
 
“Sən ey böyük günlərin adına böhtan atan,
 
Vətəninə, xalqına xain çıxan şarlatan!
 
“Gözəllik aşiqiyəm” deyən deyilmidin sən?
 
Ömründə bir yaxşılıq gəlməyibdir əlindən.
 
Adına millətçilər dedi: “Böyük sənətkar.”
 
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
 
“Azərbaycan şairi” olsa da murdar adın,
 
Sultanların, şahların sinisini yaladın.
 
O murdar arzuların torpaqlara gömüldü,
 
Sənin yaratdıqların özündən əvvəl öldü”.
 
Mən Vurğunun o uzun şeirindən sadəcə bir qismini burada dedim. Bütün zərrələrimlə fikri və ədəbi yaradıclıq baxımından özümü Hüseyn Cavid məktəbinin mənsubu bilən biri olaraq Vurğunun bu şeirini oxuduğumda çox sarsılmış, hətta ağlamışdım. Cavid mənə görə sadəcə bir şair və filosof deyil. O həm də böyük bir aydınladıcıdır. Cavid bir çox dini qavramları ağlın işığında təfsir etmişdir. Gələcəkdə İslam Şərqində bir renesans ortaya çıxacaqsa, onun əsasını Cavidin dünyagörüşü təşkil edəcək. Bu arada Vurğunun “O vətən xaini Rəsulzadədən” kimi “şeir!”ini Rəsulzadə təqdir etmiş və demişdi ki, sovetin unutdurmağa çalışdığı bizləri heç olmasa Vurğun bu yolla dilə gətirmişdir.
 
– Vurğunun tarix məsələsinə də toxunub. Onun “Vaqif” əsəri bəlli tarixi bir dönəm haqqındadır. Bu əsər haqqında fikriniz nədir?
 
– Vurğunun yaradcılığında ən haqlı saydığım onun “Vaqif” əsəridir. Bu əsərin bir çox hissəsini hələ çox gənc yaşlarımda əzbərləmişdim. Canavar bir nəfsə sahib olan şahlıq və sultanlıq qurumu bu əsərdə çox gözəl açıqlanmışdır. Oradakı Qacarın dili ilə deyir:
 
 
“Bir boynu olsaydı bəşəriyyətin,
 
Onu bu qılıncla vurardım, yəqin”.
 
Tamamən haqlıdır. Qacar həqiqətən də belə bir qatil idi. Sadəcə, Gürcüstanda suçsuz xalqı qətl etmədi, Kirmanda bələkdə olan uşaqların da gözlərini çıxartdırdı.
 
 
– Son zamanlar Azərbaycanda Qacarı müdafiə edib, Vurğunu bu mövzuda ittiham edənlər var.
 
– Bunlar qatillərlə iftixar edən cahillərdir. Elədirsə, nədən Hitleri pisləyirlər. Hitlerin texnika imkanları Qacarda olsaydı, bölgədə bir tək adamı diri qoymazdı. Deyirlər ki, Qacar öz ölkəsinə gəlmişdi! Anlamırlar ki, Qafqaz Qacar dövlətinin tərkibində qalsaydı, indi Bakı da Təbriz kimi farslaşıb gedəcəkdi. Qarabağda İran-Qacar-Səfəvi mühitindən uzaq duran xanlıq yarandığı üçün Vaqif, Vidadi, Natəvan kimi türkcə əsərlər yazan şəxsiyyətlər yetişdi. Bunlar niyə bəs Qacar ölkəsində yetişmədi? Səfəvi-Qacar zehniyyəti ortamında milli türk şəxsiyyətinin yetişməsi mümkün deyil. Qacarın xarakterini Səməd Vurğun qədər doğru anladan olmamışdır:
 
 
“Bizə həyat verən günəş də qandır,
 
Mənim vicdanım qan, qəlbim də qandır,
 
Dünya qan üstündə bir xanimandır”.
 
Qacarın gerçək kimliyi bu idi. Əsərdə Qacarın Vaqifi farsca yazmağa zorlayaraq “Gərək fars dilində yazsın sənətkar” deməsi də tarixi baxımdan tamamən doğrudur. Bütün Qacar dönəmindən bir tək milli türkcə yazan şəxsiyyət çıxmadı. Çıxanlar da Qacar düşməni idi. M.S.Ordubadi “Dumanlı Təbriz” əsərində yazır ki, Qacar şahlarının yanında “eşşək türklər” deyə türkləri təhqir edir. Belə bir xəstə və çocuq qatilini milli türk şəxsiyyəti olaraq görmək üçün insan vicdanını itirməlidir. 


Müəllif: Kəramət Böyükçöl(3147)-dəfə oxunub
Çap et   Geri   Yuxari


Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Ваша оценка: 4.6/10 ( проголосовало: 40)


Bu yazını sevdinizsə, bunları da sevəcəksiniz =:)

- Курт Левин. Модель управления изменениями
- Rəqəmsal marketinq ustadlarından...
- Marketinq satış demək deyildir!
- Uğurlu bir satış üçün dörd əsas sahədə vacib bilgilər
- Müdir, menecer (idarəci) və Lider arasındakı fərqlər..
- 15 ошибок юности
- Düşüncə dəyişmə konsepti
- Yalnızlık böyle anlatılır...
- Сизиф (Sisyphus, Σίσυφος)
- Жизнь соло: четыре мифа об одиночестве
- 8 простых правил общения с манипулятором
- «Как управлять рабами». Советы античного топ-менеджера
- Жизнь состоит только на 10 % из того, что происходит с нами
- Три вида лени - узнай себя
- Истинная причина сытой жизни европейцев
- Валар моргулис
- 20 цитат Льва Толстого, которые откроют его вам с новой стороны
- Обнуление и генеральная уборка своей жизни
- Речь — основной источник потери энергии
- Кем стать в трудной ситуации - выбор каждого...
- 30 вещей, которые ты должна перестать делать к 30
- Что самое-самое в жизни?
- Почему не надо жаловаться на мужа
- Есть 2 волшебных слова, которые меняют вашу жизнь до неузнаваемости.
- 49-летний Джек Ма, самый богатый человек в Китае даёт полезные советы


Şərhiniz


Хадисы

Каждый поступок и самая мельчайшая подробность жизни Пророка представляли огромный интерес для тех, кто был рядом с Ним. За многие годы собралось большое количество записей (хадисов) о поступках и высказываниях Пророка Мухаммеда.

История любви

Я умер почти 9 лет назад. Но я пишу вам не для того, чтобы рассказать как мне тут живется. Я пишу, чтоб рассказать вам свою историю. псторию моей большой любви. И еще хочу сказать, что любовь не умирает. Даже на том свете. Даже если её пытаются убить, даже если этого захотите вы. Любовь не умирает. Никогда.

Прочитайте и подумайте над этим:

Мой друг открыл ящик комода своей жены и достал пакетик, завернутый в шелковую бумагу. Это был не просто какой-то пакетик, а пакетик с бельем. Он выбросил пакетик и взглянул на шелк и кружева. "Это я купил ей, когда мы были в первый раз в Нью-Йорке. Это было 8 или 9 лет назад. Она никогда его не носила.

....Я не собираюсь что-либо менять....

Он сказал: "Мне нравятся многие женщины, Я не могу быть только с одной".
Она улыбнулась в ответ.
Он сказал: "Я сам по себе, Я свободен и никому ничего не должен".
Она закурила и опустила глаза.
Он сказал: ....


Content

Скорая помощь


aydin@jafarov.com

Все еще не нашли то что искали?

Спросите нас! Мы вам поможем!