Səni buraxmayan acı...
Население мира
Природная жилая площадь

м2

Природная жилая площадь на человека

м2

Природная жилая площадь на человека постепенно сокращается...


No comment

En iyi kisa film (ödüllü)

"Öz qurtuluşunun qatili insanlıq... Hətta xeyalları, azuları belə doğmadan, cücərmədən öldürən dəyərlər sistemi... Son ümid qığılcımlarının, çabaların yalanlar və xəyal qırıqlığı qebirsanlığına gömüldüyü məqam... İnsanda inancmı qalar?
Sonunda "Dünya iblisə uyub" -deyə gileylənirik!.. "(utanmadan)




 
[2011-07-06 13:16]

Человечество ждет ненормальная старость

[2011-06-21 14:50]

За что отвечают витамины?

[2011-05-31 15:10]

Тридцать лет войны со СПИДом

[2011-02-16 16:06]

Газировка приводит к инсульту

[2010-11-06 08:49]

Названы 8 симптомов, говорящих о вероятном развитии рака

[2010-10-07 07:34]

Лук шокировал ученых своими свойствами

[2010-08-25 22:34]

Психология и психотерапия детских травм.

[2010-08-22 16:58]

Семейные ссоры провоциируют болезни

[2010-07-27 09:24]

Польза свежих овощей и фруктов.

[2010-07-21 12:11]

Хит-парад полезных завтраков.

[2010-06-18 14:36]

Медики работают над новым поколением обезболивающих препаратов

[2010-04-25 14:08]

Гены отца отвечают за пол ребенка

[2010-03-16 08:40]

Мифологический орган: что ты знаешь о печени?

[2010-03-01 08:39]

Масло оливы: целебная сила.

[2010-03-01 08:34]

Остановим глаукому.

[2010-03-01 08:32]

Зимние виды аллергии.

[2010-03-01 08:23]

Эластичный страж нашего здоровья.

[2010-03-01 08:20]

Возрастная катаракта.

[2010-02-23 15:46]

Сперматозоиды ориентируются по запаху

[2010-02-23 15:35]

Комплексы мужчин


ANLAR

Jorge Luis BORGES ( Çeviri Can AKIN)

Apr
19
Eğer yeniden hayata başlayabilseydim;
İkincisinde, daha çok hata yapardım.
Kusursuz olmaya çalışmaz, sırtüstü yatardım. 

Dünya bu olaydan danışır..

Fev
3
Qüdsdə, müqəddəs məbədin üzərində görünən cism bütün dünyada yeni bir müzakirə mövzusuna chevrildi...
 

Татуировки на иностранных языках

Перевод наиболее распространенных татуировок-надписей:

Okt
8
«Contra spem spero» — «Без надежды надеюсь». 

В 1924 автомобиль Форда стоил 265$.

İyul
30
Первая кредитная карта была выпущена компанией American Express в 1951 году. 

Любопытные факты о космосе

Fev
24
За последние 500 лет масса Земли увеличилась на миллиард тонн за счет космического вещества. Кстати Земля весит около 600 триллионов тонн.
 

Эйнштейн Альберт

афоризмы, высказывания, цитаты и изречения:

Fev
24
Ты никогда не решишь проблему, если будешь думать так же, как те, кто ее создал
 

Сунь-цзы - афоризмы, высказывания, цитаты и изречения:

Fev
24
Управлять многими — то же, что управлять немногими. Дело в организации. 

ПРОСТО ЛЮБОПЫТНЫЕ ФАКТЫ

Fev
23
Взято из интернета, поэтому поручиться за 100% точность невозможно. Но любопытно. 

Oxumasanız da olar...

Fev
19
Bir hökmdar millətin rahat gediş-gəlişi üçün yol çəkdirir.
Yol hazır olduqda onu xalqın istifadəsinə vermədən öncə, bir yarış keçirilməsini qərar verir.
Bu yarışda arzu edən hər bir kəsin iştirak etmək imkanı vardı. 

Обмен жидкостями

Полгода до первого секса

Noy
30
Хорошо британским ученым. Мы тоже хотим получать гранты на исследования природы поцелуев. И даже готовы сами стать подопытными кроликами (при условии жесткого кастинга "крольчих").
 

МУДРОСТЬ ДРЕВНИХ ЕГИПТЯН

Okt
30
Не передавай учения тому, кто не хочет тебя слушать. (Анхшешонк)
Сердце человека – это дар Бога. Будь осторожен, не отнесись к нему небрежно. (Аменемопе) 

Желание

İyul
29
Пришел как-то к великому суфию Байязиду Бистами один человек и сказал: 

Бегство от смерти

İyul
20
Одному царю приснилось, что пришла его смерть. Во сне он увидел стоящую тень и спросил: 

Друг...

İyul
17
Настоящий друг с тобой, когда ты неправ. Когда ты прав, всякий будет с тобой 

Душа..

İyul
17
«...душа – это Луна. И она имеет недоступную сторону, которую никогда не увидишь с того места, где находишься.» 

Жалость.

İyul
17
Жалость к себе – бездонный колодец, и человек, свалившийся в него, будет падать всю оставшуюся жизнь. 

про одиночсетво...

İyul
17
Одиночество - это когда 200 номеров в сотовом и с десяток пухлых записных, а позвонить некому. 

Скука...

İyul
17
Скука — болезнь счастливых; несчастные никогда не скучают, у них слишком много дел. 

Банальная тема - счастье.

İyul
17
"Счастье - это отсутствие стремления к счастью".
Чжуан-цзы (китайский философ даосист) 

Любить...

İyul
17
Любить - это находить в счастье другого свое собственное счастье. 


A-Blog ↓

 
11px13px15px17px

[2014-09-26 13:57] Главная

Səni buraxmayan acı...

heç də hər kəs daxilinə işiq tutmaq istəmir...

Səni buraxmayan acı...
xəfif aləm /                 26.09.2014          AYDIN CƏFƏROV

Ölkə insanında bir dözümsüzlük, aqresiya müşahidə edirəm. Metroda, avtobusda, hava limanında, məktəbdə, idmanda, ucu-bucağı bilinməyən tıxaclarda, istirahətdə və hər yerdə. Hardandı bu neqativ və dağıdıcı enerji?

Tıxaclarda yaşı 50-dən yuxarı "kişilərin" sosium qaydaları və əxlaq normalarına tüpürərək çıxdıqları oyunlar heç bir məntiqə sığmır. İnsan insanın bu qədərmi düşməni ola bilər, ibtidai instinktlərin bu qədərmi köləsi olmaq olar? Deyirlər insan yaşlaşdıqca müdrikləşir. Bu adamlar 50 yaş üzərində belə  tərbiyəsizliklər edirlərsə, görün "evrim" öncəsi 18-25 yaşlarında nə oyunlardan çıxıblar...
"Xaç atası" filmindən belə bir deyimi xatırlayıram: "Ruh əzab çəkəndə bədən qışqırır"

Gənc qız özünə qəsd üçün çoxmərtəbəli binanın çardağına çıxır, aşağıda toplaşan yüzlərlə "qana susamış" insan bunu telefonlarına çəkərək  "tez ol at özünü, çıxıb gedək, işimiz-gücümüz var" deyir.... Kütlə qurban istəyir...  Mel Qibsonun inkləri, Kukulkan kimi. Harda dəfn elədi bu millət mərhəmət, şəfqət hissini...

Ağzı özükimilərlə qeybətə qızışan "ananın" baxımsız qalmış  uşağı yıxıldığında başı betona çırpılır. Onun bir müddət sonra başı parçalanan uşağının harayına  çatdığında, körpəni ona yardım etmış yad insanların əlindən  alaraq qanına-yarasına baxmadan, acımadan döyməsi hansı məntiqə sığır (şahidi olmuşam)... Bu nə yersiz "tərbiyə və tənbeh" üsuludur, bu hadisədə tənbeh olunası yalnız bioloji valideyin adına iddia edə biləcək həmin qadının özü deyilmi?

Əgər narazılıq, nifrət və aqresiya ifadə edəcəksənsə, onları da alacaqsan. Hər kəs yaydığını da alır.
Məktəbə dərsə gedən uşağın "o bizm takımdan deyıl"  çağrışıyla heç tanımadığı digər bir məktəbli qrup tərəfindən vurulub başının partladılmasınımı deyım?..  Lazım olmayan vaxt, lazım olmayan yerdən keçirmiş - yox, dərsə gedirmiş.

Nə imiş, nə olmuş hambalın suçu...
Yoldan təsadüfən keçən bir qoçu
Sınamaq istəmiş öz naqanını
Günahsız hambalın tökmüş qanını...

 

Allahdan danışıb Allaha inanmayanlar, debatlarda, mitinqlərdə qışqırsalar da heç bir əqidəyə sadiq olmayanlar, dövlətdə işləyib dövlətə qulluq etməyənlər, vicdanı ölü, keçilməz qırmızı xətləri, "olmaz"ları olmayanlar zümrəsi yetişir. Nə sevgi var, nə sayqı var, nə də  hörmət. Nə qorxu var, nə öhdəlik,  nə də xidmət... 

Həyat yeganə qaydası sağ qalmaq olan qənimət və nüfuz savaşlarının getdiyi döyüş meydanıdır. Sağ qalmaq deyəndə söhbət fiziki mənada sağlıqdan gedir - kütləvi psixoz, daxili ölüm kimsənin umrunda belə deyil... Sonu bəlli olmayan bu davada ruh daim əzabdadır - demək bədən də qışqıracaq... Yeni-yeni klinikalar açılacaq,  özündən qaçan insan da iranlı və türk plastik cərrahlarının bıçaqları altında qurtuluş axtaracaq....

Dayaq nöqtən - bilgi deyil, hissiyatındır. Bu hissiyatın ifadə olunması təcrübədir. Sən təcrübəsən, bilgi deyilsən...

90-cı illərdə (tələbəlik illərim)  Bakıda ən çox rast gəlinən saatsaz və ayaqqabı təmiri köşkləri idi. Adamda belə bir təəssürat yaranırdı ki, bu ölkədə zaman dayanıb,  ayaqqabılar da yolsuzluqdan cırılıb. İndi bunlardan əsar-əlamət qalmayıb. "Mediumlar"la məsləhətləşib, şadlıq saraylarında əməlli yeyib-içdikdən sonra özəl klinikalarda müalicə olunursan... 

Cadugərlik, ektrasenslik, ezoterika tamam başqa mövzudu... Dərin depresiyya illərində keçim çətinlikləri içində çarpışan Amerikada gerçəklik hissini itirən millət qurtuluşu cadugərlərdə axtarırıdı. Bu kütləvi  bir şəkil almışdı. Depresiyya sovuşduğunda, bu təlabat da öz-özlüyündə yoxa çıxdı...
Müəllimi, biznesmeni, məmuru, ziyalısı, siyasətçisi cadugərlər tərəfindən zombiləşdirilən (üstəlik buna görə pul verən) millətin ruhu işqal altındadır... Bu xəstəlik, iqtidarsızlıqdı...

Biz oxumamaq, təhsil almamaq üçün pul verən nadir tapıntılarıq... Biz işdə oturub necə pul qazanmaq haqqında fikirləşən fərqli zümrəyik... Oxumaq istəməyənlər "oxuyur", işləmək istəməyənlər də "işləyir"....
"İki çeşit insan vardır,
Zaman keçdikce hatalariyla yüzleşen,
Zaman keçdikce yüzsüzleşen..."

Televiziyalarda aparıcının qonağına sual verib, sonra müsahibinə imkan vermədən isterik şəkildə durmadan çərənləməsi adamın xəstə ruh halından xəbər verir. Müzakirələrdə insanların bir-birinə qarşı ünsiyyət, davranış mədəniyyəti bir yana - nifrət, aqressiya və dözümsüzlüyü açıq-aşkardır.

Bədən dili və danışıq fərqli şeylər mesajlayır. "Necəsən?" deyə hal-əhavl tutduğun hər kəs özü də fərqinə varmadan , şüuraltı səviyyədə  "Şükür Allaha, hər şey yaxşıdır" deyə standart cavablar verir... Baxırsan, bədən, mimika, jestlər qışqırır... Bu adamdan belə səs çıxa bilməz axı...  Hər şey "fake"... 

Ekranlarda, küçədə, parkda, restoranda, tıxaclarda, ailədə, idarə və nazirliklərdə, hətta xəstəxanalar və psixoloqların özlərində də klinik psixoz və depresiya əlamətləri uzaqdan görünür.

Ölüsünə dənizə baxan yerdə məzar yeri alan, tabutunun əl işləmələrinə milyonlar xərcləyən bir qövm gerçəklik hissini itirməyibmi?

Telefon alıb, zənglərə cavab vermədən onunla yalniz "facebook"a, "WhatsApp"a  şəkil çəkən bir toplumun halı nə?   Mətbuat problemlərini müzakirə edənlərin hansı dildə danışdıqlarının bəlli olmaması, mədəni inqilab etmək iddiasında olanların şəxsi gigiyenasının olmaması cəmiyyətin klinik ölüm simptomu deyilmi?

Verdiyi sözdən, razılaşmadan, əhddən heç bir əzab çəkmədən vaz keçən bir gənclik var...  XX əsrin əvvəlində cahillik və savadsızlıq heç də indikindən çox deyildi...
Sağalmağa, qurtuluşa, maariflənməyə bir dirəniş var. Hər kəs öz halından məmnundu... Xoşbəxt olmaq istəməyən birini kimsə xoşbəxt edə bilməz...

Həyata müsəlman doğulan mİllətin inanmadığı Allah da "istəyin ki, verim" deyir...

Qazanılmış uğursuzluq sindiromu, ümüdsizlik, süstlük, çarəsizlik, yoxa çıxmış özgüvən, dözümsüzlük, aqressiya - Bu kütləvi psixoz və depresiyyadır.  Bu neqativ millətin içini yeyir...
  
Nədir bu halımız?

İnsanın bütün xəstəlikləri xarakterinin pis xüsusiyyətləri - həyata düzgün olmayan münasibət və bununla bağlı yaranan neqativ hallardan qaynaqlanır. Başqa sözlə, istənilən xəstəlik öncə zehni səviyyəsində (xarakter və ruhi vəziyyət) yaranır, sonradan inkişaf səviyyəsinə görə orqanizmdə əlamətlərini biruzə verir. Bədən ruhun güzgüsüdür. Psixika və düşüncə səviyyəsində baş verən istənilən dəyişiklik mütləq bədəndə əks olunur...

İnsanın xarakterı güclü təsirlərə məruz qaldıqda, neqtiv yüklənmələrə dözməyən bədəndə xəstəliklər baş qaldırır. Günümüzdə çox qarşılaşdığımız davranış tərzləri və onların yaratdığı xəstəliklərdən bəzilərinə diqqət yerirmək kifayətdir:
  • Tamahkarlıq – bulemiyaya səbəb olur, orqanizmdə kəskin prosseslər, onkoloji xəstəliklərlə nəticələnir
  • Antaqonizm (ədavət və düşmənçilik) – iltihabı prosseslər, miqren və şəkərli diabetin səbəblərindəndir.
  • Apatiya– iştahın itirilməsi, atrofik qastrit, amenoreya, arteriyal təzyiqin aşağı düşməsi və şəkərli diabetə səbəb olur.
  • Aqressiya (təcavüzkarlıq)– arterial təzyiqin qalxmasına səbəb olur, ziyillər və xora xətəliklərinin yaradır.
  • Bayağılıq və zövqsüzlük – həzm sisteminin pozulması səbəbidir, bulemiya ilə nəticələnə bilər.
  • Prinsipsizlik – bu xroniki infeksiyalar və xəstəliklərin səbəbidir.
  • Diqqətsizlik (dəlisovluq) – travmalar yaradır, bədbəxt hadisələr (avtomobil qəzaları) baş verir və epilepsiyalara gətirb çıxarır
  • İnamsızlıq – orqanların disfunksiyası və aşağı arterial təzyiqin səbəblərindəndir
  • Narahatlıq – ürək xəstəlikləri yaradır, yuxunun pozulması və dəri xəstəlikləri ilə nəticələnir
  • Qəzəb – bu hepatitlərin, yuxusuzluğun, bulemiyanın, yüksək turşuluqlu qastritlərin və orqanizmdə kəskin prosseslərin səbəbidir
  • Kobudluq (ədəbsizlik, tərbiyəsizlik) – virus xəstəlikləri, hemoroy, xolesistit, eroziv qastritlər, bronxitlər yaradır, qalxanabənzər vəzinin funksiya artımına gətirib çıxarır.
  • Depressiya – sətəlcəm və vərəmə gətirib çıxara bilər (atalarımız "dərddən vərəmlədi" dedikdə bunu əxz edirmişlər)
  • Xəsislik – piylənmə, yuxusuzluq, xolesistit, xroniki xəstəliklər, hepatitlər və cizvə sizanaqlarına səbəb olur
  • Qəddarlıq (zülmkarlıq) – astma, bronxitlər, onkoloji xəstəliklər, epilepsiya, göbələk xəstəlikləri, impotensiya, qastritlər, amenoreya, anemiya və müxtəlif travmaların səbəbidir.
  • Qorxu– bu sistit, iştahın itirilməsi, bulemiya, miqrenlər, yuxusuzluq, astma, hepatit, dəri xəstəliklərin səbəbkarıdır; qorxu həmçinin dölün (insanın!) itirilməsinə səbəb ola bilər...
  • Eqoizm – yüksək turşuluq, hemoroy, anginalar yaradır
  • Emosionallıq (aşarı) – cinsi orqanların disfunksiyasına səbəb ola bilər, eləcə də qalxanabənzər vəzinin aktivliyinin artması və ya kişilərdə impotensiyaya zəmin yaradır.

Göründüyü kimi, xəstəliklərin psixoloji səbəbləri var. Dərdi dərmansız müalicə etmək üçün xarakterimizin xəstəliyi yaradan pis xüsusiyyətindən (zehniyyət və ruh halı) qurtulmalıyıq.

Depressiyadan danışaq

Depresiya zəiflik, süstlük, ümudsizlik halına yuvarlanmaqdır. Bu bir ağrı - çarəsizlikdir. Depressiya - ölümə sövq edən bir ruh halıdır.  Depresiya itki nəticəsidir -  insanı yaşamağa sövq edən, həyat enerjisi ilə təmin edən "var olma" hissinin itirilməsidir. Sonrası boşluq və ölümdür.

Əksər hallarda  depressiya həyatımızda bizi qane etməyən nələrisə dəyişməyə imkan vermədiyimizdə baş verir - istədiyimiz şeyi götürmək və ya istəmədiyimiz şeylərə "yox" demək.  Qısası içimizdəki istəklər gerçəkləşmir.  Qəlbin kədəridir depressiya. Özünə eləmək istədiyin şeylərə icazə verdikdə, və ya canını sıxan şeylərdən uzaqlaşdıqda  depressiya ötüb keçir. Təəssüf ki, cəmiyyətdəki stereotiplər məngənəsinin basqısı altında  çox zaman istədiklərimizi etməyi özümüzə yasaqlayırıq .  Elə yüklər var ki,  onları daşımağa məcbursan, bu  xoşuna gəlsə də, gəlməsə də..

Depressiya həyata sərt  baxışlardan yaranır

Məsələn, mən mütləq uğurlu insan olmaliyam - böyük biznes, yaxşı ailə, cəmiyyətdə hörmət, bankda böyük hesab, "mersedes", İspaniyada ev və s. Əgər bunlar əldə olunmursa, insan özünü uğursuz hesab edərək depressiyaya düşür.  Onun ağlına belə gəlmir ki, onun ruhuna nə villalar nə də ki, "Bentley"  lazımdı.  O, bu həyata  dünyanı kəşf etmək,  günəşin doğuşu, yarpağın titrəyişi, dənizin ləpələri və  sinə dolu yaşanacaq bir həyatdan zövq almaq üçün  gəlib. Maddi qənimətlər ardınca siçovul kimi qaçmaqdan ötrü yox.

Depressiyanın səbəbi - özünü reallaşdırmanın qarşısının alınması və gərəkli daxili özünəinamın olmamasıdır, eləcə də bilginin olmaması və təsadüfi sistemsiz informasiyaların hopdurulmasıdır..

Özünü reallaşdırmanın qarşısının alınması - dünya güclülərinin nəzarətində olan əsas məsələlərdəndir, bu yolla idarə etmək daha asandır.
Mühit, şərait və tərbiyənin də rolu danılmazdır.

Ən əsas səbəblərdən biri günümüzdəki qeyri stabillik və naməlumluq qorxusudur: işsizlik, infiliyasiya, ərzağ və digər məhsulların, təhsilin, kommunal xidmətlərin qiymətinin qalxması. İnsan  bilmir ki, onu sabah nə gözləyir.  Ailədəki gərgin münasibətlər və ya şəxsi həyat problemləri də depressiya səbəblərindəndir.

Naməlumluq qorxusu... İnsan bilmədiyi, dərk etmədiyi, nəzarətində olmayan şeylərdən qorxur. Bu qorxu insanın ruhuna sirayət edib onu içindən yeyir. Bu bir xəstəlikdir. Bu şərtlər daxilində hər kəs ona yoluxur. O ruhlara hakim kəsilib.

İşsizlik, pulsuzluq, bahalıq nəticədə insanları küncə sıxıb, psixoloji baxımdan möhkəm əzir. Həyata yeni atılan gənclərin  oxumağa hara getmələri, harda işləməli və özlərini necə ifadə etmələri tam divara dirənir. Və bu məqamda gənclər arasında alkoqolizm, narkomaniya, cinayətkarlıq, həmçinin də intiharların artmasını müşahidə etməli oluruq.

İnsanlar öz gələcəklərini aydın görə bimirlər, daha doğrusu istədikləri kimi görə bilmirlər.  Tam məyusluq və ümidsizlik birbaşa olaraq düşüncə tərzi və emosiyalarda əks olunur (özünü biruzə verir). Fikirlərsə maddiləşir.   Təssüflər olsun ki, əksəriyyətimiz heç də yaxşı şeylər haqda düşünmürük (ümumiyyətlə düşünə bilməyənlərdən danışmıram).

Ölüm və qan qoxan represiya illərində taleyindən əndişəli şair (1935)  "Könül intizarda, göz yol üstədi" kimi ifadə edib iç yaşantılarını. O, haqlı olaraq bu iztirablar simptomunda "Bakının dərdi var, Bakı xəstədi" dizaqnozunu da verə bilib. İndi bu xəstılik Bakı sərhədlərini aşaraq milliləşməkdədir.... 

Necə bilirsiz, qəlbində nifaq (qəlbi xarabalıq) olan birisi pisixi baxımdan sağlam ola bilərmi?  Əlbəttə ola bilər - əgər o, "ruhu"  olduğundan bixəbərdirsə...


Vucud və psixika xəstəlikləri - cəmiyyət, bədən və daxili aləmlə harmoniyanın pozulma nəticələridir

Dilimizdə depressiya həm də "əzginlik" kimi ifadə olunur. Geriyə qalanı, hər kəs özü özündə nəyi əzdiyini axtarıb tapmalıdır. Qurtuluş bundadır.

Oyanmaq istəyi

Kənar təsirlər insanı oluşmuş depresiyadan nadir hallarda çıxara bilər, olsa-olsa qısa müddətə. Daxili müqavimət, dirəniş, oyanış lazımdır.  Klinik depressiya  kompleks müalicə aparılmadıqda  suisid  təhlükəsi və əliliklə (bir qayda olaraq) nəticələnə bilər .

Problem dərk olunmadan müalicə aparıldıqda,  nəticə  narahatedici simptomların aradan qaldırılması olacaq ki, bundan sonra da qürurla pasientin boynuna "sağlamdır" tablosunu asmaq olar. Amma problemlər bununla ötüb keçməyəcək, əksinə, altşüurda daha dərinlərdə kök salacaq...

Sizə qızımın öz otağında necə səliqə-səhman yaratmasından danışmaq istəyirəm.  O bütün oyuncaqlarını şkafa və siyirmələrə dürtüşdürür. Otağa girisən.... təmizlik ... səliqə-səhman... amma şkaf və siyirmələri açmayasan da.. bu səliqə-səhman çox da uzün çəkmir.... şkafsız da olmur axı...

Maraqlıdı ki, kənd yerində (təbiət, təmiz hava) yerində yaşayanlar arasında depresiyaya düçar olanların sayı qismən azdır. İnsanlar səhərdən axşamadək ağır fiziki işlə məşğuldur, işsizlik, infiliyasiya, bahalaşma haqqında düşünməyə vaxtları belə yoxdur (davamlı məşğuldurlar).  Pis və ya yaxşı özlərini dolandırmaq  iqtidarındadlar.

Kəndə  gedəndə, atama kömək etmək məcburiyyətindən bəzən mən də işləməli oluram.  Çox yorulsam da, görülən işin nəticəsindən olmazın zövq alıram.  Nəticə varsa neqativ yoxdur! 
Təbii ki, hər kəs kəndə gedib əlinə bel ala bilməz .. Əlbəttə ki, yox.  

Öz yerində olunca...

Təyinatınızı müəyyənləşdirin - bu həyata nə üçün gəlmişik, Allah bizi niyə yaradıb? Özlüyünüzdə bu sualları cavablandırın: ən çox nə etməyi xoşlayırsınız (saatlarla internetdə eşələnməkdən savayı)? Güclü tərəfiniz nədir?  Nəyi siz davamlı və hətta pulsuz etsəniz də bundan zövq alardınız? Nədi sizi ehtiraslandıran, şövqləndirən (sevdiyiniz məşğuliyyət nədir)?  Həyat təyinatınız nədir?

Özünüzə və şüuraltı dünyanıza bu sualları mümkün qədər tez-tez verin. Cavab mütləq gələcək.  Faydalı  bir işlə məşğul olun. 

Qoy iş bizi seçməsin, işimizi biz seçək! Özünüzü əzməyin...

Diqqətli olun, sözün hər mənasında hər şey  GENdən görünür!

 


Müəllif: Aydın Cəfərov(7804)-dəfə oxunub
Çap et   Geri   Yuxari


Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Ваша оценка: 4.7/10 ( проголосовало: 82)


Bu yazını sevdinizsə, bunları da sevəcəksiniz =:)

- 9 признаков, что вы в стрессе и не догадываетесь об этом
- Düşüncə dəyişmə konsepti
- Сизиф (Sisyphus, Σίσυφος)
- Флешмоб: манипуляция или организованное хулиганство?
- Манипуляция людьми: что можно/нельзя говорить!
- Манипуляция сознанием в рекламе
- Как сохранить сознание от манипуляции?
- 8 простых правил общения с манипулятором
- Анатомия Эго или изучаем себя
- Обнуление и генеральная уборка своей жизни
- Речь — основной источник потери энергии
- Скажи своим страхам «Нет!»
- 30 вещей, которые ты должна перестать делать к 30
- Почему не стоит делиться своими планами
- Что самое-самое в жизни?
- Есть 2 волшебных слова, которые меняют вашу жизнь до неузнаваемости.
- Какие слова категорически нельзя говорить
- Странности Зигмунда Фрейда
- Окно Джогари: взгляд внутрь себя
- ПЛАСТИКА БОССА
- Развитие личности на позитиве
- Психосоматика. Гипотиреоз - запрет на желания
- Законы, по которым живет Вселенная:
- Невозможное возможно
- Ключ к легкой жизни


Şərhiniz

  • Duzdur ki islamda telaq var amma islam paioolxgiyssi bosanmaq isdeyen sexslere son ana qeder gozel meslehetler verir ki onlar ayrilmasinlar cunki bu qanunun islamda olmasina baxmaya Allahtalanin telaqdan xoslanmadigi da islamda var axi biz niye onu nezere olmiriq ki islam bize evlenmey ucun qarsi terefi tanimaq ucun azadliq vermis ve iki terefin biri biri ile gorusub sohbet etmesine cercive daxolinde icazeni ele ona gore vermisdir ki sonra bele bosanma meseleri ortaya cixmasin İnseallah muselman baci ve qardaslarimiz evlemmezden evvel qarsi terefi gozel taniyandan sonra evlenerler ta islam aleminde bosanmalar olmain

    Abou / 11:18 / 18.01.2015

  • Sağ ol Aydın bəy, çox bəyəndim. Günümüzün problemlərini sadə dildə və dərindən araşdıran bu səviyyəli yazıya rast gəlməmişdim. Yazdıqların gerçəkdir və bizim ruhumuzun kamillikdən cahilliyə enişini tam əks etdirir. Allah, bir zaman bizim ruhumuzu kamil materiyadan yaratdı və bu səviyyədə qalmağın yollarını göstərdi, qanun - kitab verdi. Biz isə Allahın bizə verdiklərini kənara atıb, heyvani hisslərə qapandıq və bu səviyyəyə düşdük. Belə getsə "kamil insan" (Homo sapiens) adını öz üstümüzdən götürəcəyik. Hamıya oxumağı məsləhət görərdim.

    Firudin Gilar Bəg / 08:51 / 30.09.2014


Хадисы

Каждый поступок и самая мельчайшая подробность жизни Пророка представляли огромный интерес для тех, кто был рядом с Ним. За многие годы собралось большое количество записей (хадисов) о поступках и высказываниях Пророка Мухаммеда.

История любви

Я умер почти 9 лет назад. Но я пишу вам не для того, чтобы рассказать как мне тут живется. Я пишу, чтоб рассказать вам свою историю. псторию моей большой любви. И еще хочу сказать, что любовь не умирает. Даже на том свете. Даже если её пытаются убить, даже если этого захотите вы. Любовь не умирает. Никогда.

Прочитайте и подумайте над этим:

Мой друг открыл ящик комода своей жены и достал пакетик, завернутый в шелковую бумагу. Это был не просто какой-то пакетик, а пакетик с бельем. Он выбросил пакетик и взглянул на шелк и кружева. "Это я купил ей, когда мы были в первый раз в Нью-Йорке. Это было 8 или 9 лет назад. Она никогда его не носила.

....Я не собираюсь что-либо менять....

Он сказал: "Мне нравятся многие женщины, Я не могу быть только с одной".
Она улыбнулась в ответ.
Он сказал: "Я сам по себе, Я свободен и никому ничего не должен".
Она закурила и опустила глаза.
Он сказал: ....


Content

Скорая помощь


aydin@jafarov.com

Все еще не нашли то что искали?

Спросите нас! Мы вам поможем!