Население мира
Природная жилая площадь

м2

Природная жилая площадь на человека

м2

Природная жилая площадь на человека постепенно сокращается...


No comment

En iyi kisa film (ödüllü)

"Öz qurtuluşunun qatili insanlıq... Hətta xeyalları, azuları belə doğmadan, cücərmədən öldürən dəyərlər sistemi... Son ümid qığılcımlarının, çabaların yalanlar və xəyal qırıqlığı qebirsanlığına gömüldüyü məqam... İnsanda inancmı qalar?
Sonunda "Dünya iblisə uyub" -deyə gileylənirik!.. "(utanmadan)




 



Poem ↓

 
11px13px15px17px

[2012-12-26 08:23] Home

KIŞILƏR, ARVADLAR...

Bu kəlmələrdə cins bölgüsü anlamı axtarmayın, lütfən...

KIŞILƏR, ARVADLAR...
Kişilər bəxti qara,
Kişilər az yaşayır...
Eh, nə var arvadlara
Arvadlar yüz yaşayır!
 
Kişinin çiyni yağır
Bəlalı baş daşıyır.
Kişilər dam tikməyə
Qum eşir, daş daşıyır.
Arvadlar yas gününə
Gözündə yaş daşıyır.
 
Hə kişi var bədbəxtdı – 
Kaman qədd ox daşıyır...
Arvad elə arvaddı
Onçun da çox yaşayır.
 
Qısılır kişilərə
Arvadlar bərk üşüyür.
Kişilərin içində
Qəm donur, dərd üşüyür.
 
Arvadlar köks ötürür,
Dilində ah yaşayır.
İşrətlə ömür sürür – 
Deyirsən şah yaşayır.
 
Kişilər şax yaşayır,
könlü çox tox yaşayır.
Harda kişi var, orda
Həqiqət, haqq yaşayır.
 
Allah nə yaradıbsa
Vallah, billah; yaşayır!
Başını yorma, niyə
arvadlar çox yaşayır...
 
Bilməzsən bu işi sən
Bölgüsü pismi, yaxşımı?
Sözümə bax, kişisən
Allah bilən yaxşıdı,
Allah bölən yaxşıdı... 

Vaqif BƏHMƏNLİ


Müəllif: (9821)-dəfə oxunub
Çap et   Geri   Yuxari


Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Error connecting to mysql